Oxuduqları yazılardan sarsıntı keçirən qadınlar məhkəməyə gəlmədilər - baş redaktorun məhkəməsi

Criminal.az saytının baş redaktoru Anar Məmmədovdan sonra daha bir baş redaktor hakim qarşısına çıxarılıb.
Musavat.com Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasına şahidlərinin neçəsi gəlməyib.
Onlar "Bastainfo.com" saytında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqda iki məqaləni oxuyub, təşviş, həyəcan keçirdiyini deyən qadınlardır.
Hər üç qadın Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan, 1967-ci il təvəllüdlü Zülfiyyə Babayeva, Şüvəlan sakini, 1966-cı il təvəllüdlü Arzuxanım Məmmədova və 1973-cü il təvəllüdlü İlahə Xalidovadır. Onlar şikayətçi olublar ki, onun rəhbərlik etdiyi saytda gedən məqalələr onlarda narahatlıq yaradıb.
Məhkəmə həçinçahidlərə növbəti dəfə məlumat göndərib.
Prosesin davamında M.Hacılının qardaşı oğlu Tural Hacıbəyli dindirilib.
O bildirib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək edib. Amma orada işləməyib, əmisinin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas göstərilən iki yazını da oxumayıb.
M.Hacılının vəkili Osman Kazımov T.Hacıbəylinin dindirilməsinə etiraz edib. Bildirib ki, indiyə qədər dindirilən şahidlərin ittihama heç bir aidiyyəti yoxdur. Aidiyyəti olanlar da məhkəməyə gəlmir.
Məhkəmə fevralın 5-də davam etdiriləcək.
İttihamda yazılır ki, M.Hacılı rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.
Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.
İttihamda yazılıb ki, M.Hacılı "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.
Daha sonra ittihamda göstərilir ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.
Elan olunmuş ittihamla Mustafa Hacılı özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəməyib.
M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Xəbər lenti
-
14:44Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı
-
14:42Gənc fəala 15 sutka həbs verilib
-
12:22Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub
-
11:48Böyük Britaniya səfirliyində medianın durumu müzakirə olunub
-
11:08Prezidentin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE
-
11:00Bakıdakı məşhur fahişəxanada əməliyyat - 51 qadın saxlanıldı
-
10:52Məşhur terror təşkilatının lideri Türkiyədədir
-
09:34Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...
-
09:25-İcra başçısının daha bir milyonluq biznesi ifşa edildi - "Bir ölkəni daha necə dağıtmaq olar???"
-
07:46Redaktor narkotik satışına görə həbs edildi
-
07:32Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir
-
07:30''Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu''
-
07:24AXCP üzvü Rövşən Quliyev həbs edilib
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
-
15:55Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham
-
15:47Avropa Məhkəməsi əsgər atasının şikayətini təmin edib
-
15:42“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb
-
12:55"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir
-
11:49Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
11:36Donbasda döyüşən azərbaycanlı əsir düşdü
-
11:26Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi
-
10:38Generalın polis oğluna yüksək vəzifə verildi
Digər xəbərlər
-
Məhkəmə
Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı
-
Məhkəmə
Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir
-
Məhkəmə
''Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu''
-
Foto, Məhkəmə
Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
Məhkəmə
Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
Məhkəmə
Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
Məhkəmə
Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
Məhkəmə
ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
Məhkəmə
Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham