Oğurluq edənlər tutuldu Oğurluq edənlər tutuldu

Oğurluq edənlər tutuldu
Fərdi evlərdən oğurluq edən şəxslər tutulub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək zərərçəkmişlərə maddi ziyan vuran şəxslər saxlanılıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Qamqam kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən mis qablar və dəmir tor oğurlamaqda şübhəli bilinən həmin kənd sakini, 26 yaşlı Mətləb Neymətullayev saxlanılıb. Dindirilmə zamanı M.Neymətullayev törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi mis qabların bir qismini və dəmir toru rayon ərazisində yerləşən metal qəbulu məntəqələrinin birinə satdığını bildirib.
Qabların bir qismi isə maddi sübut kimi ondan götürülüb. Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gültəpə kənd sakini Araz Şıxbabayevə məxsus "Samsung” markalı mobil telefonu oğurlayan 24 yaşlı İsmayıl Adilov da saxlanılıb.
Dindirilmə zamanı İ.Adilov qohumuna məxsus mobil telefonu oğurladığını və rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub. Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır. 

Xəbər lenti