Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...
Загрузка...
2018-ci ildə Mərkəzi Afrika Respublikasında iki digər rusiyalı jurnalistlə birlikdə qətlə yetirilmiş jurnalist Orxan Camalın keçmiş həyat yoldaşı İrina Qordiyenko bu cinayətin araşdırılmasının gedişatı ilə bağlı danışıb. Material "Novaya qazeta”da dərc edilib.
Qordiyenko bildirib ki, bir il ərzində istintaqı aparan dörd müstəntiq dəyişib və onlar bir nəfər kimi qadınla görüşərkən "köməksiz şəkildə baxaraq şikayətlənirlər ki, heç nə edə bilmirlər”. Müstəntiqlərdən sonuncusu – İqor Zolotov onun vəkillərinin "Dosye” mərkəzinin apardığı müstəqil araşdırmanın materiallarının cinayət işinin materiallarına əlavə edilməsi barədə vəsatətlərini rədd edib, eyni zamanda bu araşdırmanı aparanların dindirilməsindən boyun qaçırıb.
 
Vəsatətə jurnalistləri qətlə yetirildikləri yerə aparmış sürücü Byenvenü Duovokamanın, yerli jandarm Emanuel Kotofionun, MAR prezidentinin müşaviri Valeri Zaxarovun və onun tabeliyində çalışan Aleksandr Sotovun telefon nömrələri də əlavə olunub. "Dosye”nin məlumatlarına əsasən, son iki şəxs Rusiyanın "Vaqner özəl hərbi şirkəti” ilə sıx bağlıdırlar. Bütün adı çəkilənlər jurnalistlərin Afrikaya gəldiyi və qətlə yetirildiyi günlər ərzində öz aralarında dəfələrlə zəngləşiblər.
Bundan əlavə, Qordiyenko deyir ki, 2018-ci ilin sentyabrında onun vəkili qətlə yetirilənlərin geyimlərinin Moskvaya gətirilməsi barədə vəsatət qaldırıb, belə ki, geyim əşyaları və digər şəxsi əşyalar olmadan tam dəyərli ballistik ekspertiza aparıla bilməz.
Müstəntiq Zolotov həmin vaxt bildirib ki, əşyaların Moskvaya gətirilməsi qeyri-mümkündür, çünki Rusiya və MAR arasında hüquqi yardımlaşma haqqında saziş imzalanmayıb. Halbuki, Qordiyenkonun bildirdiyinə görə, bu belə deyil – ölkələr arasında 2018-ci ildə hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb və sazişdə "hüquq-mühafizə orqanlarının cinayət və digər işlərin araşdırılmasında birbaşa əməkdaşlığı” bəndi yer alır.
 
Həmçinin Orxan Camalın keçmiş həyat yoldaşı danışıb ki, MAR-da Rusiya səfrliyinin birinci katibi Viktor Tokmakov ona qətlin araşdırılmasında şəxsən kömək edəcəyinə dair vəd verib, lakin bunu etməyib.
Xatırladaq ki, rusiyalı jurnalistlər Orxan Camalın, Aleksandr Rastorquyevin və Kiril Radçenkonun cəsədləri iyulun 30-da Mərkəzi Afrika Respublikasında aşkar edilmişdi. Onlar "Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında film çəkmək niyyətində idilər. BMT missiyasının məsləhətçisi ilə görüşə gedərkən onların olduğu avtomobil yolda gülləbaran edilmişdi. Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalıların qətli ilə əlaqədar cinayət işinə başlamışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər