“Oğru dünyası”nda qanlı qarşıdurma gözlənilir

“Oğru dünyası”nda qanlı qarşıdurma gözlənilir
Загрузка...
 Yaxın vaxtlarda "oğru dünyası”nda qan su yerinə axa bilər. Yenisabah.az xəbər verir ki, səbəb bu günlərdə İstanbulda keçirilən "sxodka”dır. 30-dan artıq "oğru”nun iştirak etdiyi "sxodka” gürcü əsilli "oğru” Vaji Biqanişvili ("Vaja”) ilə Şota Tevdoradze ("Şotiko”) arasındakı konfliktlə bağlı keçirilib. Konfliktin kökündə "Şotiko”nun "Vaja”ya yaxınlığı ilə seçilən "oğru” Qeqi Modubadzeni döyməsi olub.
Vaji Biqanişvili bu "sxodka”da azərbaycanlı "oğru” Nadir Səlifovu ("Quli”) da orbitr kimi görmək istəyib. Kutaisi qruplaşmasının liderlərindən olan Merab Canqveladze ("Merab Suxumski”) Nadir Səlifovdan bu məsələyə qarışmamağı istəsə də, "Quli” "oğru ideyası”na əsaslanaraq "Vaja”nın ona "oğru” kimi müraciətinə laqeyd yanaşa bilməyəcəyini deyib. "Sxodka”nın sonunda Vaja Biqanişvilinin mövqeyi dəstəklənib.
Bundan başqa, baş verənlərin arxasında Rusiyada həbsdə olan gürcü əsilli "oğru” Zaxari Kalaşovun ("Şakro Molodoy”) dayandığı qənaəti formalaşıb. Bu azmış kimi Merab Canqveladzenin də onunla məxfi şəkildə müttəfiq olduğu barədə şübhələr yaranıb. Merab Canqveladzenin "İstanbul "sxodkası” ilə paralel Trabzonda toplantı keçirməsi bu şübhələri bir qədər də artırıb. Halbuki, Merab Canqveladze özünü "Şakro Molodoy”un düşməni kimi göstərirdi. O, hətta Zaxari Kalaşovun Nadir Səlifovu "oğru dünyası”ndan çıxdaş etmək çabalarına qarşı çıxşmış, "Quli”yə dəstək vermişdi.
Merab Canqveladze həm də bir müddət əvvəl Rusiyadan İspaniyaya ekstradisiya olunan Kutaisi klanının ən güclü lideri hesab edilən Tariel Oniani ("Taro”) ilə müttəfiqdir. "Taro”nun isə "Şakro Molodoy”la münasibətləri o qədər də ürəkaçan deyil. Beləliklə, əgər Merab Canqveladze barədə yaranmış şübhələr təsdiqini tapsa, o zaman "oğru dünyası” bir-birinə girə bilər.

Xəbər lenti