Zeynəb Dostəliyeva "Ferrari" qəzasından danışdı

Zeynəb Dostəliyeva
Загрузка...

Ötən gun müğəni Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva Bakıda yol qəzasına düşmüşdü. Müğənniyə məxsus ''Hyundai Tucson'' markalı maşın ''Ferrari'' markalı maşınla toqquşub. 

O, başına gələn qəza ilə bağlı Criminal.az-a danışdı: ''Heydər Əliyev prospektinin metronun Koroğlu stansiyasına yaxın hissəsində maşınımın təkəri boşalmışdı. Maşını saxladım, qəza işıqlarını yandırdım. Uşaqla taksi saxlayıb minərkən qəza baş verdi. Sürətlə gələn Ferrari maşınıma çırpıldı, sonra isə fırlanaraq əyləşdiyimiz taksiyə çırpıldı''.

Z.Dostəliyeva sürücünün kimliyindən də xəbərsizdir: ''Sürücünün kim olduğunu bilmədim. Dedilər ki, sükan arxasındakı qız idi. Ferrarinin heç nömrəsini də görə bilmədim''.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti