Orduxanla Avropada aksiya keçirən blogger Bakıda yoxa çıxdı Orduxanla Avropada aksiya keçirən blogger Bakıda yoxa çıxdı

Orduxanla Avropada aksiya keçirən blogger Bakıda yoxa çıxdı
Загрузка...
Bir neçə gün əvvəl Hollandiyadan Azərbaycana deport edilən blogger Natiq İsbatov yoxa çıxıb. Bu barədə Criminal.az saytına Avropada mühacir həyatı yaşayan azərbaycanlılar məlumat verib.
Bildirilib ki, Natiq İsbatov Hollandiyada mühacir həyatı yaşayırmış. Blogger Orduxan Teymurxanla Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyalarında fəal iştirak edib.
İyunun 9-da 2 uşağı və xanımı ilə birlikdə Azərbaycana deport edilib. İyunun 12-də isə yoxa çıxıb,ailə üzvləri ondan xəbər ala bilmir. Ailəsi onun xaricdə olarkən siyasi aktivistlik etdiyinə görə tutulduğunu iddia edir. 
Hüquq-mühafizə orqanları N.İsbatovla bağlı hər hansı məlumat yaymayıb.

Загрузка...
Загрузка...

Xəbər lenti