Orduxanın Bakıda həbs olunan silahdaşı azadlığa buraxıldı

Orduxanın Bakıda həbs olunan silahdaşı azadlığa buraxıldı
Загрузка...
Hollandiyadan Azərbaycana deport ediləndən sonra Bakıda həbs edilən blogger Natiq İsbatov cəzasını başa vurub. Criminal.a saytının məlumatına görə, polisə müqavimətdə ittiham edilərək məhkəmə qərarı ilə 30 sutka həbs cəzası alan N.İsbatov azadlığa buraxılıb.
Xatırladaq ki, N.İsbatov Hollandiyada mühacir həyatı yaşayırmış. Blogger Orduxan Teymurxanla Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyalarında fəal iştirak edib. İyunun 9-da 2 uşağı və xanımı ilə birlikdə Azərbaycana deport edilib.
İyunun 12-də isə yoxa çıxıb,ailə üzvləri ondan xəbər ala bilmir. Ailəsi onun xaricdə olarkən siyasi aktivistlik etdiyinə görə tutulduğunu iddia edirdi.  N.İsbatovun qardaşı Anar isbatov da Hollandiyada mühacirətdədir. Onun da deport olunacağı qaçılmazdır. 
Загрузка...
Загрузка...

Xəbər lenti