Oqtay Gülalıyevin vurulması ehtiyatsızlıqdır, yoxsa sui-qəsd? - "Bu atamın zalımın zülmünə qarşı mübarizəsinin nəticəsidir" Oqtay Gülalıyevin vurulması ehtiyatsızlıqdır, yoxsa sui-qəsd? -

Oqtay Gülalıyevin vurulması ehtiyatsızlıqdır, yoxsa sui-qəsd? -
Загрузка...
 Dünən piyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağırlaşıb. Criminal.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.
Qeyd edək ki,qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.
Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya bildirilib ki, O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əziyi diaqnozu qoyulub və dünən ailənin istəyi ilə özəl klinikalardan birinə köçürülüb. 

Əli Gülalı 
Hüquq müdafiəşisinin oğlu Əli Gülalı sosial şəbəkədə atasının maşınla vurulması ilə bağlı status paylaşıb: "Bu şəxs özü atamı təkcə xəstəxanaya aparıb, yaxud özü qabaqcadan planlayıb(lar) hara aparacaqlarını. Biz bilmirik Semaşkoda atama nə ediblər. Hazırda City Hospitala yerləşdirilməsinə baxmayaraq atamı müayinədən keçirmirlər. Deyirlər sabah edəcəyik. Vəziyyəti ağır olaraq qalır. Əziz xalqım, atam həmişə zalımın zülmünə qarşı mübarizə aparıb və bu vurulma da onun nəticəsidir. Mən hərbirinizdən atama dəstək olmağınızı xaiş edirəm. Necə ki o həmişə bizə dəstək olub, indi onun sizin dəstəyinizə ehtiyacı var..".
Sosial şəbəkə istifadəçiləri O.Gülalıyevin vurulmasında sui-qəsd versiyasını da istisna etmirlər. 
Bakı Şəhər Baş Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev vurulub. Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb.
İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan "City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib. Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti