Oqtay Gülalıyevin son durumu: "Suni nəfəs aparatından çıxarılsa da..." Oqtay Gülalıyevin son durumu:

Oqtay Gülalıyevin son durumu:
Загрузка...
"Atanın durumu hələ də ağırdır. Suni nəfəs aparatından çıxarılmasına baxmayaraq koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz deməyiblər". Bu barədə avtomobil vurması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib.
O qeyd edib ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəlləyiş yoxdur.
Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı "Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb. 
Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılıb. Hazırda hüquq müdafiəçisinin müalicəsi İstanbul şəhərindəki klinikalardan birində aparılır. 

Загрузка...
Загрузка...

Xəbər lenti