Oqtay Gülalıyevin hərarəti yüksəlib

Oqtay Gülalıyevin hərarəti yüksəlib
Загрузка...
 İstanbulda "Amerika hospitalı”nda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin yanvarın 13-də qızdırması yüksəlib. Bunu fəalın xanımı Füruzə Gülalıyeva bildirib. "Uzun müddətdir Oqtayın qızdırması olmurdu.
Yanvarın 10-da əməliyyatdan sonra hər hansı fəsad olmamışdı. Ancaq bu gün səhər vəziyyət dəyişdi”, - F.Gülalıyeva qeyd edib. Həkimlər bunu Oqtayın əməliyyat olunması ilə əlaqələndirirlər.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Bir neçə saatdan sonra o, komaya düşüb. Oktyabrın 30-da Bakıda ""Citу Hospital”-da əməliyyat olunub. Noyabrın əvvəlində O.Gülalıyev Heydər Əliyev Fondunun dəstəyilə müalicə üçün Türkiyəyə göndərilib.

Xəbər lenti