Oqtay Gülalıyev yenidən əməliyyata götürüldü

Oqtay Gülalıyev yenidən əməliyyata götürüldü
Загрузка...
 Xanımı: "Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır"
Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb. Məlumatı "Turan” İA-a Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib. F.Gülalıyeva deyib ki, həkimlər əməliyyat barədə ona heç bir izahat verməyiblər: "Həkimlər heç bir proqnoz vermir, nə müsbət, nə də mənfi. Oqtay hələ də komadadır".
Hüquq müdafiəçi Oqtay Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini düşünürlər. Hesab edirlər ki, əməliyyat gec həyata keçirildiyindən vəziyyəti daha da ağırlaşıb. Hadisədən üç gün sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsini öz üzərinə götürüb, onu İstanbulun "Avrasiya" klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev "Amerika Xəstəxanası"na köçürülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti