Oqtay Gülalıyev hər iki gözünü açdı

Oqtay Gülalıyev hər iki gözünü açdı
Загрузка...
 Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev hər iki gözünü açıb. Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev "Facebook” səhifəsində yazıb:
"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa, aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək”.
Xatırladaq ki, O.Gülalıyev bir neçə gün əvvəl sağ gözünü açmışdı. Qeyd edək ki, O.Gülalıyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən "Semaşko”ya aparılıb, oradan isə "City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub. Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

Xəbər lenti