Oqtay Əsədovun prokuror kürəkənini Çakır ailəsi ilə nə bağlayır? Oqtay Əsədovun prokuror kürəkənini Çakır ailəsi ilə nə bağlayır?

Oqtay Əsədovun prokuror kürəkənini Çakır ailəsi ilə nə bağlayır?
Загрузка...
Bakı şəhər prokurorunun müavini Mehman Qocayev dövlət qulluğunda çalışdığı dövrdə aşkar biznes fəaliyyəti ilə məşğul olub. Amma Azərbaycandan kənarda... Araşdırmaçı jurnalist Hafiz Babalı yazıb ki, M.Qocayev 2013-cü ilin yayında "Sianji Enerji Turizm İnşaat Yatırım Sanayi ve Ticaret Anonim Şirketi”-nin qurulmasında 50% pay ortaqlığı ilə iştirak edib. O, şirkətə 25 min lirə yatırıb. 

Bu şirkətdə onun ortaqları Türkiyədə və ondan kənarda Sianji Hotels otellər şəbəkəsinə sahib olan Çakır ailəsi idi. 2017-ci ilin martında 3 illik fəaliyyəti dövründə daim zərərlə işləyən şirkətin ləğv edilməsi barədə qərar verilib. Bu dövrdə Mehman Qocayev və Ökkaş Recai Çakır şirkətin baş direktoru vəzəfisində bir-birlərini əvəz ediblər. 

Müəllif xatırladır ki, 2016-ci ilin aprelində Mehman Qocayev Bakı şəhər prokurorluğunda yüksək vəzifə tuturdu. Milli qanunvericilik dövlət qulluğunda çalışan şəxslərə biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Bina inşaatı sahəsində fəaliyyət göstərən "Sianji Enerji Turizm İnşaat Yatırım Sanayi ve Ticaret A.Ş.” İstanbulda Sefaköy Tevfik Bey Mah. 20 Temmuz Cad. No.40-2 Küçükçekmece unvanında yerləşirdi.
1977-ci il təvəllüdlü Mehman Qocayev Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayevin oğludur. A. Qocayev isə Milli Məclisin de-fakto sədri Oqtay Əsədovla qudadır. 

Загрузка...
Загрузка...

Xəbər lenti