""Lombard Məlahət" kimi təqdimatı pozuntu kimi tanımaq jurnalist yaradıcılıgına ziddir və azad fikrə müdaxilədir"

Загрузка...
"Cəmiyyətdə məşğuliyyət sahəsi ilə insanın adının asossiasiya edilməsi normal ve etikdir. Dünyanın heç bir sivil cəmiyyətində bunu şərəf və ləyaqəti alçaldan hal kimi qəbul edə bilməzlər".
 Bu fikirləri  Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşməsi ilə bağlı məhkəmə prosesi öncəsi tanınmış vəkil Aqil Layıc deyib. 
Vəkilin sözlərinə görə, məqalədə Məlahət Qurbanovanın "Lombard Məlahət" kimi təqdimatını pozuntu kimi tanımaq jurnalist yaradıcılıgına ziddir və azad fikrə müdaxilədir.
Xatırladaq ki, M.Qurbanova baş redaktoru iki maqaləyə görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Məqalələrdə Qurbanova ilə keçmiş əmək naziri Füzuli Ələkbərov arasında qeyri-yaşayış sahəsinə görə çəkişmədən söhbət gedir. M.Qurbanova iddia edir ki, lombardla məşğul olmur və jurnalisti keçmiş nazirin maraqlarını müdafiə etməkdə ittiham edir. Eyni zamanda məqalədə adının "Lombard Məlahət" kimi təqdim edilməsini özünə təhqir və böhtan hesab edir.
O, jurnalistin CM-in 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir. Məhkəmə A.Məmmədovu təqsirli bilərsə, onu iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir və üstəlik, hazırda şərti olaraq çəkdiyi 5,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası. Bu cəzanı o 2018-ci ildə Gəncənin keçmiş rəhbəri Elmar Vəliyevə sui-qəsdlə bağlı criminal .az saytında dərc edilən yazılarla əlaqədar səlahiyyət və vəzifə saxtakarlığında, dövlət əleyhinə çağırışlarda ittiham edilərək alıb. A.Məmmədovun barəsində hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir pisləyiblər.

Xəbər lenti