“Onu yalnız işdən çıxarmaqla qalmaram, ən ağır şəkildə cəzalandıraram”

“Onu yalnız işdən çıxarmaqla qalmaram, ən ağır şəkildə cəzalandıraram”
Загрузка...
"Hər hansı sahibkara mənim rəhbərliyim altındakı dövrdə bir inspektor tərəfindən "bu malı gətirmək olar, onu olmaz" sözü deyilə bilməz. Bu, mümkün olan bir şey deyil". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O bildirib ki, gömrük sistemindən malın ölkəyə keçiriləndə neçəyə bəyan olunmasını öyrənmək mümkündür:
"Əgər satıcı malın üzərinə 2 qat artıq qiymət qoyub satırsa, aidiyyəti qurumlara müraciət etmək lazımdır ki, bu məhsulun mənfəət vergisi nə qədərdir?! Burada "gecə qara, cücə- qara" məsələsi yığışdırılıb. Belə bir sistem yoxdur. Kimsə deyirsə ki, belə hal var, biz həmin şəxsin yanındayıq. Əgər əməkdaşımız vətəndaşa "olmaz" deyibsə, o zaman mən onu yalnız işdən çıxarmaqla qalmaram, ən ağır şəkildə cəzalandıraram. Prezidentin bu sistemdə başlatdığı islahatlar keçici xarakter daşımır. Bizim məqsədimiz qısa müddət ərzində hansısa islahatı həyata keçirib, oturub gözləmək deyil. Bu, mümkün olan şey deyil. Bunu düşünən varsa, biz ona şərait yaradacağıq. Artıq kiməsə himayədarlıq etmək dövrü keçib".
Загрузка...
Загрузка...

Xəbər lenti