“Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”

11 Oktyabr 2021, 15:44
11 Oktyabr
2021
15:44
1763
İki il öncə Ukraynada xüsusi qəddarlıqla qətlə yetirilən, tanınmış rəqqas və xoreoqraf, İqtisad Universitetinin magistrantı Cavid Hacıyevin qətlində şübhəli bilinən şəxs interpol xətti ilə axtarışa verilsə də, bu günə kimi istintaqdan qaçıb gizlənməyə müvəffəq olub. Virtualaz.org xəbər verir ki, 22 yaşlı Cavid Hacıyev 2019-cu ilin oktyabrında Kiyev şəhəri Çiqorin küçəsi, ev 49, mənzil 64-də qətlə yetirilib. Keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən Ukraynaya qonaq çağırılan Cavid onun kirayə yaşadığı mənzildə qəddarcasına öldürülüb.
Mərhumun meyiti qətldən üç gün sonra aşkarlanıb. Qonşular evdən pis qoxu gəlməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib, mənzilin qapısı sındırılıb, evdən üzərində çoxsaylı bıçaq xəsarətləri olan cəsəd tapılıb.
Faktla bağlı Ukrayna prokurorluğunda cinayət işi başlanılıb.
Cavidin qətlində şübhəli bilinən Əli Abdullayev barəsində axtarış elan olunub. İstintaq araşdırmaları zamanı məlum olub ki, həmin mənzil qətldən bir neçə gün öncə Ə.Abdullayev tərəfindən kirayə götürülüb, sonuncu özü isə oktyabrın 7-də avtomobillə Ukrayna sərhəddini keçərək Moldovaya daxil olub.

Cavid Hacıyev
Almaniyadan Kiyevə "qonaq” çağırılan Cavid
Gənc oğlunu faciəli şəkildə itirən Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə doktor Minə Hacıyeva (tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Telman Hacıyevin qızı - red.) deyib ki, Cavid həmin ərəfədə Almaniyada tətildə olub, sonra dostları ilə birgə Belçikaya gedib, daha sonra Frankfurtdan Bakıya uçmağı planlaşdırıb. Lakin qrup yoldaşı Əli Abdullayev onu öz yanına – Kiyevə qonaq çağırıb. Deyib, gəl, burada birlikdə əylənək, gəzək, sonra avtomobillə bir yerdə Avropaya qayıdarıq:
"Cavid də onun yanına gedib. Oğlumun daha iki həftəlik tətili vardı. Hər gün onunla telefonla danışırdım. Axırıncı dəfə oktyabrın 1-də gecə telefonla əlaqə saxlamışıq”.
"Bu, əvvəlcədən planlaşdırılmış, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”
M.Hacıyeva deyir ki, oğlunun təkidlə Kiyevə çağırılması qətlin əvvəlcədən planlaşdırılmasını deməyə əsas verir:
"Oğlumu təkidlə Kiyevə çağırmaq bu qədər çox vacib olub? Avropaya maşınla getməyə hazırlaşıblar. Sonradan bildik ki, Əlinin heç Şengen vizası olmayıb. Övladımı öldürüb, cəsədini təhqir edib. Bunu normal bir insan necə edə bilər axı? Hesab edirəm ki, bu, əvvəlcədən planlaşdırılmış, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsidir”.

Göz yaşlarını saxlaya bilməyən ana oğlunun paxıllıq zəminində öldürüldüyünü də istisna etmir: "Cavidlə Əli İqtisad Universitetində bir qrupda oxuyublar. Ancaq Əli intizamsız tələbə olduğuna görə universitetdən qovulub. Əli universitetdən xaric edilsə də Cavidlə aralarında dostluq əlaqəsi qalmışdı. O qədər də yaxın dost deyildilər. Hərdən Əlinin təşəbbüsü ilə görüşərdilər. Cavid isə nümunəvi tələbə olub.
İkinci kursdan başlayaraq SABAH qruplarında ingilis dilində təhsil alıb. İqtisadiyyatla yanaşı rəqslə də peşəkar səviyyədə məşğul olub. Hər iki sahədə övladımın uğurları var idi. Bütün bu uğurlara özü nail olmuşdu. O yaşda həm yaradıcılıqda, həm də elmdə uğur qazanmaq hər adama nəsib olmur. Belə bir parlaq gənci necə öldürmək olar axı? Əli (Ə.Abdullayev "Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur-red.) mənim oğlumu pula görə öldürə bilməz. Özü imkanlı ailədəndir. Cavidin o qədər gözəl ürəyi vardı ki, heç vaxt heç kimə pislik etməzdi. Əksinə, nəsə bir narazılıq yaranarsa aranı sakitləşdirməyə çalışardı. Oğlum onun paxıllığının qurbanı olub. Əli Cavidin uğurlarını qəbul edə bilmirdi”.
"Oğlumun cəsədini tanınmaz hala salıb”
Dərdli ana deyir ki, övladının nəşinin dalınca Kiyevə gedərkən dəhşətli mənzərə ilə üz-üzə qalıb. Qatil izi itirmək məqsədilə meyitlə qəddar davranıb, cəsədi yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb, tanınmaz hala salıb: "Çox dəhşətli bir qətldir. Övladıma işgəncə verə-verə öldürüb... Cavidin telefonları və sənədləri də oğurlanıb. İki telefonu vardı. Çox güman ki, telefonda yazışmalar olub. Ukrayna polisində dedilər ki, telefonun biri oktyabrın 3-də, digəri isə 6-da söndürülüb. Əli oktyabrın 7-də sərhədi keçərək Moldovaya gedib”.

Qətldə şübhəli bilinən Əli Abdullayev
M.Hacıyeva oğlunun qatilinin hələ də istintaqdan yayınmasından və azadlıqda gəzməsindən şikayətçidir. Onun dediyinə görə, qətldə şübhəli bilinən Ə.Abdullayev ailə üzvləri ilə birgə Bakıda yaşayıb. Onun Bakı şəhərində gizlənməsi ehtimalı da yüksəkdir. 6 oktyabr 2019-cu ildən sonra Əlinin Azərbaycan sərhəddini keçərək ölkəyə daxil olub-olmaması aydınlaşdırılmayıb, Bakı şəhərində yaşayan ailə üzvləri ilə telefon əlaqəsi saxlayıb-saxlamaması halları yoxlanılmayıb. İstintaqdan yayınan, cəza çəkməkdən boyun qaçıran Əlinin tutularaq istintaq və məhkəmə orqanlarına verilməsi üçün tədbirlər görülməyib. Əməliyyat-axtarış tədbirləri səthi və birtərəfli aparılıb.

Cavid anası ilə...
"Əfsuslar olsun ki, bu şəxsi ya axtarmırlar, ya da axtarmaq istəmirlər, heç bir tədbir görmürlər. Dəfələrlə hüquq-mühafizə orqanlarında çalışan səlahiyyətli şəxslərin qəbulunda olmuşam. Hər səfərimdə "çox dəhşətli qətldir, qatil mütləq tapılmalıdır, belə qalmamalıdır” deyiblər. Amma nəticə yoxdur. Əli Abdullayevin qohumları barəmdə Səbail rayon məhkəməsinə xüsusi ittiham qaydasında ərizələr verir, əsas hədəfdən məni yayındırmaq istəyirlər ki, şikayət etməyim. Başqa sözlə, məni susdurmaq istəyirlər ki, oğlumun ölümündə şübhəli bilinən Əlinin axtarışı ilə əlaqədar hərəkət etməyim”, - mərhumun anası deyib.
Mərhumun anası aidiyyəti orqanlardan qətli törətməkdə şübhəli bilinən və istintaq orqanından qaçıb gizlənən Ə.Abdullayevin yerinin müəyyən edilməsinin nəzarətə götürülməsini xahiş edir.
Mərhumun anası aidiyyəti orqanlardan qətli törətməkdə şübhəli bilinən və istintaq orqanından qaçıb gizlənən Ə.Abdullayevin yerinin müəyyən edilməsinin nəzarətə götürülməsini xahiş edir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Dosye
Eldar Mahmudovla Nizami Şirinovun mətbəəsində ölüm - “İNDİGO” HƏLƏ DƏ MTN GENERALLARINA XİDMƏT EDİR…
-
Manşet, Dosye
Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin arvadı Ülkər Məmmədova təslim oldu - VƏ TERROR QRUPLAŞMASININ SİRLƏRİNİ AÇDI...
-
Manşet, Dosye
“Müstəntiq bacımın telefonuna gizli izləmə proqramı yazıb”
-
Manşet, Dosye
“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük “içəri getdi”...
-
Manşet, Dosye
“Oğlumu xüsusi qəddarlıqla öldürüb, meyitini təhqir edib...”
-
Manşet, Dosye
Biz dövlətimizi niyə qura bilmirik? - ƏRƏSTUN ORUCLUNUN KQB POLKOVNİKİ İLƏ SENSASİON SÖHBƏTİ
-
Manşet, Dosye
Ərdoğan həbsdəykən Heydər Əliyevin təlimatı ilə ziyarətinə gedən baş prokuror kimdi?
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?