'Oğlumu rəisin otağında döyüblər...' 'Oğlumu rəisin otağında döyüblər...'

'Oğlumu rəisin otağında döyüblər...'
Загрузка...
«Oğlumu günahsız həbs elədilər, məhkəmə də qanunsuz ittihamı təsdiqləyib ona cəza verdi. Cəzasının başa çatmasına az qalıb. İndi də əl çəkmirlər, bir bəhanə tapıb cəzasını artırmaq istəyirlər», - Cəlilabad sakini Saməddin Məmmədov oğlu Amidin saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərə məruz qaldığını deyir. A.Məmmədov CM-nin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə suçlanaraq həbs edilib. 

Atası deyir ki, 9 yaşından idmanın taekvondo növü ilə məşğul olan oğlunu şərləyib həbs ediblər: «19 yaşından həyatını məhv elədilər, bununla da kifayətlənmirlər, həbsdə də onu rahat buraxmırlar. Bu yaxınlarda oğlumu 14 saylı Cəzaçəkmə Müəssisəsində rəisin otağında döyüblər. Rəis Namiq Qocayev, müavini Natiq Hacıyevin iştirakıyla. Rəis özü də inkar eləmir. Etiraf edir ki, məsələ onluq deyil, onlara da göstəriş verilib». 
S.Məmmədov deyir ki, bir müddət öncə 14 saylı Cəzaçəkmə Müəssisəsində bloqer Mehman Hüseynovun müəssisənin əməkdaşını döyməsi iddiasıyla əlaqədar şahidlik etmiş məhbusdan indi də onun oğluna qarşı istifadə etməyə çalışırlar. Bir müddət öncə yaradılan Azərbaycan Xalq Hərəkatının Cəlilabad şöbəsinin sədri olduğunu deyən S.Məmmədov oğluna qarşı təzyiqlərin onun siyasi baxışlarıyla əlaqəli olmasını da istisna etmir. Penitensiar Xidmətdən isə S.Məmmədovun söylədiklərinin həqiqətəuyğun olmadığı bildirilib. 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkum A.Məmmədova qarşı heç bir təzyiq, qanunazidd addım olmayıb: «Müəssisə rəhbərliyi tərəfindən ona qarşı qanunazidd addımların atılması tam yalandır. Məhkum Amid Məmmədov əvvəllər dəfələrlə daxili intizam qaydalarını pozub. Amma bir müddətdir ki, onun davranışı intizam qaydalarına uyğun olduğuna görə ona qarşı heç bir tənbeh tədbiri də tətbiq olunmayıb. Atasının hansı səbəbdən belə həqiqətəuyğun olmayan fikirlər səsləndirməsi bizə də aydın deyil». 
M.Sadıqov əlavə edib ki, məhkumun atası həm Penitensiar Xidmətin rəhbərliyinin, həm də cəzaçəkmə müəssisəsinin rəisinin qəbulunda olub: «Atasını maraqlandıran əsas məsələlərdən biri oğlunun vaxtından əvvəl şərti azadlığa buraxılmasıdır. Bununla bağlı hüquqi normalar, qanunun tələbləri də ona izah olunub. Bu məhkumun saxlanma şəraiti ilə bağlı hər hansı problem yoxdur».
Загрузка...
Загрузка...

Xəbər lenti