"Oğlumu 30 nəfər 5 saat döyüb, indi deyirlər, polisi bağışla..."

09 İyun 2020, 22:48
09 İyun
2020
22:48
933
"Oğlum elə vəziyyətdədir ki, heç vaxt onları bağışlamaq olmaz”
İyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində həbs olunan Kərim Süleymanlı bu gün sərbəst buraxılsa da, ona şərt qoyulub.
Bu barədə Meydan TV-yə Kərim Süleymanlının anası Gülər Süleymanova məlumat verib.
Ananın sözlərinə görə, oğlu Kərim Süleymanlıya şərt qoyub buraxıblar:
"Şərt belədir ki, mən o polisi bağışlamalıyam, əks təqdirdə, oğlum geri qayıdır, 10 dəqiqə vaxtı var. Vallah, oğlum elə vəziyyətdədir ki, heç vaxt onları bağışlamaq olmaz. Oğlumu 5 saat 30 nəfər döyüb, uşaq pis gündədir”.
Gülər Süleymanova oğlunun geriyə - polis təcridxanasına qayıtmaq istədiyini deyib.
İyunun 8-də səhər saat 7 radələrində Çevik Polis Alayı sözügedən ünvanda əməliyyat keçirib və 11 nəfəri zorla mənzilindən çıxararaq aparıb. Polis tərəfindən saxlanılanların əksəriyyətinə geyinməyə belə icazə verilməyib. Bu, yayılan videogörüntülərdə də öz əksini tapıb.
Buna səbəb kimi iyunun 7-də gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə binadan məişət tullantılarının atılması göstərilib.

Hadisə karantin rejimi zamanı həyətə çıxmış sakinlərin zorla aparılması zamanı baş verib. Sakinlər polisin bu hərəkətinə etirazlarını bildiriblər.
Həmin hadisə zamanı Gülər Süleymanovanın iki oğlu da saxlanılıb. Sakin polislərin zibil atanları müəyyənləşdirmədiyini, övladlarının bunu etmədiyini deyir.
Hadisə zamanı polislərdən biri qadını təhqir edərək "Sən də dovşansan, ərin də dovşandır!” ifadəsini işlədib. Videogörüntüdə əks olunan bu fikir sosial şəbəkələrdə narazılıqla qarşılanıb və əksəriyyəti ictimai fəal olmaqla çoxluq hesablarında "polis zorakılığına son!” sloqanını yayımlayıblar.

Bundan sonra, iyunun 9-da Daxili İşlər Nazirliyi məlumat yayaraq həmin polisin işdən azad olunduğunu və təhqir olunmuş qadından üzr istənildiyini deyib. Lakin Gülər Süleymanova Meydan TV-yə açıqlamasında polisin ona zəng etdiyini, lakin üzr istənilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə getmədiyini bildirib.
Polisin "zibil əməliyyatı” - Vallah burada mən öləcəm!
Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı saxlanılan və 15 sutka müddətinə inzibati həbs edilən Kərim Süleymanlının polis tərəfindən döyülməsi iddiaları araşdırılır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılıb.
Onun sözlərinə görə, iddialar həqiqəti əks etdirmir: "O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.




Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Video, Cəmiyyət
Qarabağ qazilərinə sağlamlıq bəxş edən tibb ocağı satılır: "Hansısa məmur müalicə yerimizdə restoran açır"
-
Manşet, Foto, Video, Cəmiyyət
"Oğlumu 30 nəfər 5 saat döyüb, indi deyirlər, polisi bağışla..."
-
Manşet, Foto, Video, Cəmiyyət
Azərbaycanda tanınmış məhkəmə sədri öz nəvəsini oğurlatmaq istəyir - ŞOK QALMAQAL
-
Manşet, Foto, Video, Cəmiyyət
Seçici qarşısında baş əyən YAP-çı namizəd "Gelandewagen"lə yol kəsib: "Adamı ağzından atarlar"
-
Manşet, Foto, Video, Cəmiyyət
Kəmaləddin Heydərov polkovniki “cinçıxarma ritualı”na görə işdən qovub
-
Manşet, Foto, Video, Cəmiyyət
"Sumqayıtdaki gimnaziyada şagird nə döyülüb, nə də gözü kor olub" - Məktəb direktoru
-
Manşet, Foto, Video, Cəmiyyət
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?"
-
Sənəd, Manşet, Foto, Video, Cəmiyyət
Zakir Qaralovun keçmiş köməkçisinin qardaşı oğlu həbsxanadan iş adamını hədələdi: "Səni bitirmədən..."
-
Manşet, Foto, Video, Cəmiyyət
Kərəm Həsənova şok ittiham: "2 milyon manat qarşılığında bu cinayətə razılıq verib..."