Odessada saxlanılan azərbaycanlı yazar sərbəst buraxıldı Odessada saxlanılan azərbaycanlı yazar sərbəst buraxıldı

Odessada saxlanılan azərbaycanlı yazar sərbəst buraxıldı
Загрузка...
Ukraynada saxlanılan azərbaycanlı yazar Bilal Həsən sərbəst buraxıldı. Bu haqda onun özü məlumat verib. Dünən Odessa hava limanında saxlanılan B.Həsən "facebook" profilində yazıb ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Konsul Hüseyn Mərcanov, Azərbaycan Dəmiryolları Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, Odessa-Azərbaycan Konqresinin sədr müavini Namiq Talıbov və Konqresin şöbə müdürü Anar bəy Ağayev onu qarşılayıblar və məsələnin çözülməsində yaxından iştirak ediblər.
"Səfirlik məlumatı biləndən sonra dərhal mənimlə əlaqə saxladı və bütün əlaqələrdən istifadə etdilər. Hal-hazırda azadam! Bu işdə əziyyət çəkən, maraqlanan, narahat olan, mənə dəstək olan bütün dostlara, jurnalistlərə, media nümayəndələrinə, hüquqşünaslar, rəsmi nümayəndələrə dərin təşəkkürümü bildirirəm. Var olun!"-deyə B.Həsən qeyd edib. 

Загрузка...
Загрузка...

Xəbər lenti