"O vaxta qədər xəsarət qalacaqmı?"

05 May 2020, 17:31
05 May
2020
17:31
420
Müsəlman Birliyi Hərəkatının fəalı Hikmət Ağayev işgəncəyə məruz qalması, zorlanmaqla hədələnməsi haqda şikayəti ilə əlaqədar dindirilib. Bu barədə mayın 5-də Bakı Apellyasiya Məhkəməsində onun həbs qərarından verilən şikayətə baxılanda inanclı fəal özü danışıb.
H.Ağayev ona 25 sutka inzibati həbs cəzası verilməsi haqda məhkəmə qərarının qanunsuz olduğunu vurğulayıb. Deyib ki, nə karantin rejimi qaydalarını pozub, nə də polisə müqavimət göstərib. Onu işlədiyi meyvə-tərəvəz mağazasından tutub aparıblar.
Xətai rayon Polis İdarəsində telefonunun kodunu demək üçün işgəncəyə məruz qalması barədə prokurorluğa şikayətində yazdıqlarını məhkəmədə də təsdiqləyən H.Ağayevin sözlərinə görə, xəsarət izləri hələ də qalır. O, barmağındakı şişkinliyi hakimə göstərib, bir qulağının eşitmədiyini bildirib:
"Aprelin 30-da təcridxanaya prokurorluqdan müstəntiq və ekspert gəlmişdi. Onlara da göstərdim. Ekspertə dedim ki, "mən müayinədən keçməliyəm. Qulağımdakı ağrını necə hiss edə bilərsən?". Dedilər ki, həbs müddəti bitəndən sonra gələrəm, müayinədən keçmək üçün mənə göndəriş verəcəklər. O vaxta qədər xəsarət qalacaqmı?".
H.Ağayev əlavə edib ki, polis idarəsində ondan kimdən maliyyə aldığını, kimin göstərişiylə ehtiyaclı ailələrə yardım etdiyini soruşublar: "Mən bilməzdim ki, ehtiyacı olan adama ərzaq, tərəvəz yardımına görə belə rəftara məruz qala bilərəm...".
Vəkil görüntülərə baxış keçirilməsini istəyib
Vəkili Cavad Cavadov məhkəmədən H.Ağayevin işlədiyi dükanın qarşısındakı, Xətai rayon Polis İdarəsindəki kamera görüntülərinə baxış keçirilməsini istəyib. Vəkilin sözlərinə görə, həmin görüntülər sübut edəcək ki, H.Ağayev protokolda və məhkəmə qərarında yazıldığı yerdə tutulmayıb, onu iş yerindən aparıblar.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə polis bölməsində saxlandığı gecə çarpayı verilməməsindən, onun beton döşəmənin üstündə yatmağa məcbur edilməsindən də danışıb. Məhkəmədən də bu məsələnin araşdırılmasını və vətəndaşa qarşı pis rəftar kimi qiymətləndirilməsini istəyib.
Amma hakim Əflatun Qasımov bu vəsatətlərin heç birini təmin etməyib. H.Ağayevin 25 sutkalıq həbsi barədə Xətai rayon Məhkəməsinin qərarından verilmiş şikayəti də rədd edib.
BUNA DA BAX: "Polislər dedilər ki, əgər telefonun kodunu verməsən, dubinkanı arxana soxacağıq”
H.Ağayev aprelin 11-də saxlanıb. O, prokurorluğa məktubunda yazırdı: "Döyə-döyə deyirlər ki, "əgər telefonun kodunu verməsən, dubinka ilə zorlanacaqsan". Qandallı əllərimlə şalvarımı tutmuşdum ki, çıxarmasınlar. O qədər döydülər, özümdən getdim. Əl-üzümü yuyandan sonra dərman verdilər. Özümə gələndə bir də döydülər. Yenə huşumu itirdim. Bu dəfə ayıldıb rəisin otağına apardılar. Orada rəis soruşdu ki, niyə yardım paylayıram, məni kim maliyyələşdirir? Çünki bundan əvvəl də əlimdən gəldiyi qədər adamlara yardım etməyə çalışırdım. Dedim, "heç kim, Allaha xatir, öz qazancımdan az da olsa, ehtiyacı olanlara ərzaqla kömək etməyə çalışıram...".
Daxili İşlər Nazirliyi isə onun işgəncəyə məruz qalması haqda söylədiklərini təkzib edib.
Xatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özəlliklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər.
Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.
Azərbaycan rəsmiləri də, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını vurğulayırlar.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Ceyhun Bayramov: "Xocavənddə 62 erməni diversant saxlanılıb"
-
Manşet, Cəmiyyət
Yerevanda etirazlar və “Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!” narahatlığı
-
Manşet, Cəmiyyət
“Banlayan dırnaqarası iqtisadçılar, dilinizi qoyun qarnınıza”
-
Manşet, Cəmiyyət
Nəciməddin Sadıqovun yerinə onu gətirirlər?
-
Manşet, Cəmiyyət
Qazinin dili “P”ya dönmədi…
-
Manşet, Cəmiyyət
Əmlakı qəsb olunan Bakı sakini Bayraktara məktub yazdı - zərbə dronu istədi
-
Manşet, Cəmiyyət
Nazirlər Kabineti 190 manatla bağlı qərar qəbul etdi
-
Manşet, Cəmiyyət
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı - Sərəncam
-
Manşet, Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı