"O kollegiyadan ömürlük rədd edilməliydi..." - Yalçın İmanov “müqəddəs” yeri boş qoymayan vəkildən yazdı

Загрузка...
"Vəkil Elçin Qəmbərov Azərbaycan vəkillik tarixində nəylə yadda qalacaq? Sozsuz ki, oz müştərisi, keçmiş siyasi məhbus, hüquq müdafiçəsi Leyla Yunus ona etibar etdiyi məlumatlar əsasında kitab yazmaqla. Halbuki, uyğun qanunvericilik aktları müştərisinin vəkilə verdiyi məlumatları konfidensial hesab edir və bu məxfiliyə müddət şamil edilmir. Bu kitabina görə o Kollegiya sıralarından ömürlük rədd edilməliydi, amma bunun tam əksi baş verdi". Criminal.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasından xaric edilmiş keçmiş vəkil Yalçın İmanov "facebook" profilində yazıb.  

Yalçın İmanov 
Yalçın İmanov daha sonra yazıb: "Təzə sədr Anar Bağırov Leyla Yunusun qızına məktublarından çap edilmiş əsərin təqdimatında çıxış edib, kitabı "dövlətçiliyə xidmət" adlandırdı. Ardınca Qəmbərov, Kollegiyanin Rəyasət Heyətinə üzvlüklə mükafatlandırıldı. İndi bu şəxs bir cızma-qara qaralayıb, ad çəkmədən siyasi işlərə çıxan vəkilləri və ReAl sədri İlqar Məmmədovu qrant müqabilində xarici qüvvələrə işləməkdə ittiham edib, Azərbaycan vəkilliyinin "misilsiz inkişafindan" söz açıb. Görünür, utanmadan da oynamaq olarmış". 

Elçin Qəmbərov 
Xatırladaq ki, E.Qəmbərov yazısında "Anar Bağırov gəldi, vəkilliyin intibah dövrü başladı" fikri ilə yanaşı İ.Məmmədovun ünvanına sərt fikirlər yazıb: "Görəsən, İlqar kimiləri hansı səbəbdən Anar Bağırova, Vəkillər Kollegiyasına qarşı bu qədər qərəzlidir? Səbəb aydındır: onlar Qərbdəki qrant paylayıcılarının sifarişi ilə öz məqsədlərini reallaşdırmaq yolunda Azərbaycan vəkilliyini, bir növ, alətə çevirməyi arzulayırdı. Biz bu işin necə, harada və kim tərəfindən aparıldığını yaxşı bilirik. Onların qismətində isə fiaskoya uğramaq var imiş. Azərbaycan vəkilliyi misilsiz uğurları ilə özünü titan zənn edən siyasi liliputlar üçün əlçatmaz zirvəyə çevrilib". 
E.Qəmbərov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, "Mərkəz” vəkil bürosunun rəhbəri Sərdar Qasımov öləndən sonra onun yerinə təyin olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti