Növbəti korrupsiya qalmaqalı – nazir canını qurtara biləcək?

02 May 2020, 11:23
02 May
2020
11:23
709
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən korrupsiya haqqında materiallar dərc etməyə davam edir. Məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aiddir.
Dünən araşdırmanın Azərbaycanda Rəhimovun şirkətində işləyən əcnəbilərin dəhşətli əmək və həyat şəraitindən bəhs edən birinci hissəsi dərc edilib.
Araşdırmanın ikinci hissəsində müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor SerbAz şirkətinin fəaliyyəti ifşa olunur.
2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi "Buta Palace” sarayının və "Baku-Expo” sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.
"Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib”, deyə araşdırmada qeyd edilir.

Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. OCCRP-nin çoxillik araşdırması göstərib ki, SerbAz-ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.
SerbAz-ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə – ziynət əşyalarının idxalçısı olan İtalDizain-lə müqavilələr bağlayıb.
2006-cı ildə nazir olana qədər Rəhimov özü İtalDizain-in direktoru olub.
2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün SerbAz-la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb.

Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin "mürəkkəb konfiqurasiyaya və memarlığa” malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş "müasir materiallar” lazım olması, buna görə "bu sahədə böyük təcrübəsi olan” operator lazım olması ilə izah edib.
Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl SerbAz heç mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar.
İlk yenidənqurmadan sonra SerbAz Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb. O, bu məktubda rəhbərlik etdiyi nazirliyin SerbAz-la əməkdaşlığının səbəblərini izah edir.

2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər – "Səadət Sarayı”nın bərpasında (20,9 mln. dollar) və Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin tikintisində (38,8 mln. dollar), həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihədə işləyib.
SerbAz-ın digər layihələri arasında "Buta Palace”, "Baku Expo” sərgi mərkəzi və 28 Mall olub.
Azad Rəhimovun SerbAz-la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib.
Azərbaycanda o, SerbAz Design and Construction adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan Acora Business firmasına məxsusdur.
Digər SerbAz Niderlandda SerbAz Property kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.
OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın Creacon Constructioan şirkətinin SerbAz-dan tikinti işlərini aldığını müəyyən ediblər.
2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən Creacon-un iki səhmdarından biri İtalDizain Group-dur.
İtalDizain bu gün böyük holdinq-şirkətə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə Cartier-dən Baccarat-a qədər premium sinfi butiklər daxildir.
Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv İtalDizain saytının erkən versiyalarını saxlayıb. Burada 2009-cu ilin yanvarında şirkətin SerbAz-ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il SerbAz işçilərinə qarşı amansız rəftardan bəhs edilib.
Jurnalistlər korporativ hesabatlar vasitəsilə İtalDizain-in Lüksemburqun Argulux şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur.
SerbAz-ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq SerbAz-ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb.
2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.
Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən SerbAz-ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çemodanlarla nağd vəsait şəklində daxil olub.
Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb.
Eyni zamanda, offşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib.
Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da SerbAz-a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 mln. dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 mln. dollar ödəyib.
OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin SerbAz-a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var.
Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib.
Azad Rəhimov OCCRP-nin araşdırmanın nəticələrini şərh etmək təklifi yer alan sorğularına cavab verməyib. (Turan.az)
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Korrupsiya
Şeyxin qudası Vasif Talıbovun övladlarına dəniz kənarında 110 sot torpaq satıb
-
Sənəd, Manşet, Korrupsiya
Cahangir Əsgərovun 1-ci müavini Londonda aviasiya ilə bağlı iki şirkətin rəhbəridir
-
Sənəd, Manşet, Korrupsiya
Rövnəq Abdullayevin keçmiş müavini Bakıdakı mənzillərini etiraf edib - Bir binada 7 mənzil
-
Sənəd, Manşet, Korrupsiya
Vəkillər Kollegiyasının sədri həm də kampinq və karavanların kirayəsi ilə məşğuldur
-
Sənəd, Manşet, Korrupsiya
Növbəti korrupsiya qalmaqalı – nazir canını qurtara biləcək?
-
Sənəd, Manşet, Korrupsiya
Rövnəq Abdullayevin yeni şirkətləri üzə çıxdı
-
Sənəd, Manşet, Korrupsiya
Şeyxin oğlunun biznesi üzə çıxdı
-
Sənəd, Manşet, Korrupsiya
SOCAR-ın idarə rəisi Türkiyədəki biznesini Bakıya köçürüb
-
Sənəd, Manşet, Korrupsiya
İcra başçısının rəis oğlu Rusiyadakı biznesini ləğv edir