Nurəddin Xocanın məhkəməsi başlayır

Nurəddin Xocanın məhkəməsi başlayır
Загрузка...

Teref.info saytının baş redaktoru Nurəddin Xoca barəsində cinayət işinin istintaqı yekunlaşıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, İsmayılov Nurəddin Abbas oğlu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı hakim Zeynal Ağayevin sədrliyi ilə aparılacaq. İlkin hazırlıq iclası fevralın 11-də keçiriləcək.

 

N.Xoca saytında dərc olunan məqalələrlə bağlı ittiham olunur.

Загрузка...
Загрузка...

Xəbər lenti