Nuranə 10 gündür yoxa çıxıb

Nuranə 10 gündür yoxa çıxıb
Загрузка...
On gündür 21 yaşlı qız yoxa çıxıb. DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Dadaşova Nuranə Ədalət qızının əlamətləri belədir: Boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Загрузка...
Загрузка...

Xəbər lenti