Ticarətçi Şəfinin məktəbli oğlu nömrəsiz "Niva" ilə qəza törətdi, həyatını itirdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR Ticarətçi Şəfinin məktəbli oğlu nömrəsiz

Ticarətçi Şəfinin məktəbli oğlu nömrəsiz
Загрузка...
Gəncə şəhərində dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin Criminal.az-a verdiyi məlumata görə, dövlət nömrə nişanı olmayan "Niva" markalı avtomobil qəzaya uğrayıb. Qəza zamanı sükan arxasında olan gənc oğlan hadisə yerində dünyasını dəyişib.
Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.  
++++++
Criminal.az saytının əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən sürücü 10-cu sinif şagirdi, 16 yaşlı Şahin Hacıyevdir. O, Gəncədə tanınmış ticarətçi Şəfi Hacıyevin oğludur. İki bacının yeganə qardaşı idi. Hadisədən bir neçə gün qabaq yas məclislərindən birində Şəfi Hacıyevə məktəbli oğluna niyə maşın idarə etməyə icazə verdiyinə görə qınayıblar.  

Xəbər lenti