Nizamidəki qətllə bağlı açıqlama - 3 nəfər saxlanıldı

Nizamidəki qətllə bağlı açıqlama - 3 nəfər saxlanıldı
Загрузка...

Polis və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Criminal.az-a daxil olan birgə məlumata görə, cari il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb ediliblər. 

 

İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr verib və qətl hadisəsində istifadə etdikləri "Glock” markalı tapançanın gizlədildiyi yeri göstəriblər. 

Qeyd olunan silah götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Загрузка...
Загрузка...

Xəbər lenti