Bakıda 110 kiloluq oğrunu zərərsizləşdirən qadın - "Bir fəndlə yerə yıxdım"

Bakıda 110 kiloluq oğrunu zərərsizləşdirən qadın -
Загрузка...

Bakıda qadına qarşı soyğunçuluq etmək istəyən şəxs tutulub. APA-nın məlumatına görə, 1986-cı il təvəllüdlü Xudadatov Elçin Nadir oğlunu qadın polis serjantı yaxalayıb.

 Elçin isə qadın polisi tərəfindən yaxalandığını boynuna almır: "Yaşlı qadın gedirdi. Gördüm əlində pul kisəsi var, alıb qaçdım. Bu zaman polis əməkdaşları məni tutdular".  

 Müəyyən edilib ki, dünən saat 20:30 radələrində 1955-ci ildə Tovuz rayonunda anadan olmuş Elmira Həsənova naməlum şəxsin hücumuna məruz qalıb. Qadının əlindəki dəri çantada 450 manat nağd pul, bank kartları olub. Oğurluq edən şəxs cüssəli olduğundan, qadın ona müqavimət göstərə bilməyib və qışqırmağa başlayıb. Bu zaman ərazidə olan polis serjantı, 1986-cı il təvəllüdlü Aygün Səmədova səsə reaksiya verərək, naməlum şəxsin  ardınca qaçıb: "Hasarı keçib onun dalınca qaçdım. Ona fənd işlədərək yerə yıxdım. Əlindəki pul kisəsini alaraq qadına verdim. Cinayətkarı isə saxlayaraq polis idarəsinə gətirdim".

 Xatırladaq ki, 110 kq çəkisi olan  Elçin Xudadatovun qadın polis serjantı tərəfindən bir fəndlə necə yerə yıxıldığı Nizami Rayon Polis İdarəsinin rəhbərliyini də təəccübləndirib. Faktla bağlı istintaq idarəsində araşdırma aparılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti