Nərmin Şahmarzadə barəsində məhkəmə qərarı çıxarıldı

Nərmin Şahmarzadə barəsində məhkəmə qərarı çıxarıldı
Загрузка...
 İctimai fəal qərardan apelyasiya şikayəti verəcək İctimai fəal Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimov haqqında "Facebook” səhifəsində yazdığı fikirlərə görə 400 saat ictimai işlər cəzasına məhkum edilib.
M.İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında N.Şahmarzadə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirləndirilirdi.
Məhkəmə ona 147-ci maddə ilə bəraət verib, 148-ci maddə ilə isə 400 saat ictimai işlər cəzası təyin edilib. N.Şahmarzadə son sözündə özünü təqsirli bilmədiyini, sadəcə günahsız insanların ölümünə qarşı olduğunu deyib:
"Mən heç kimi təhqir eləməmişəm. Qəhrəmanlıq anlayışına öz münasibətimi bildirmişəm".
N.Şahmarzadə hökmdən apelyasiya şikayəti verəcəyini bildirib. Ötən ilin dekabrında N.Şahmarzadənin M.İbrahimov haqqında yazdığı statusları məhkəmə ekspertizaya göndərib. Ekspertiza rəy verib ki, həmin statuslarda M.İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan fikirlər yer alıb. N.Şahmarzadə isə rəyi ədalətli hesab etmir. N.Şahmarzadənin cinayət məsuliyyətinə cəlb olunması üçün Milli Qəhrəmanın anasından başqa Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev və vəkil Ramil Rüstəmov da məhkəmədə iddia qaldırmışdı. Lakin onlar M.İbrahimovun yaxın qohumu olmadığından iddiaları icraata götürülmədi.
Vəkil R.Rüstəmov daha sonra Ş.İbrhimovanı məhkəmədə təmsil etdi.
Загрузка...
Загрузка...

Xəbər lenti