"Nərgiz mükafatı" hüquq müdafiəçisi Oqtay Gülalıyevə verildi

Загрузка...
Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafatın builki qalibi hüquq müdafiəçisi Oqtay Gülalıyevdir. Müsavat partiyasının üzvü Nərgiz Yaqublu bir neçə il əvvəl xəstəlikdən vəfat edib.
Oktyabr ayında Oqtay Gülalıyevi Bakıda maşın vurub, o, indi komadadı. Oqtay Gülalıyev "Tərtər işi", "Nardaran işi", "Kür daşqınları" kimi tanınan mövzularda zərərçəkmişlərin hüquqlarını müdafiə edib.
Hazırda Türkiyədə müalicə alan Oqtay Gülalıyevin yanında olan ailə üzvləri mükafatı qəbul edə bilməyiblər. Buna görə də mükafatı Zümrüd Yağmur qəbul edib.

Xəbər lenti