MTN-in daha bir neçə yüksək vəzifəli şəxsi vəzifədən getdi

MTN-in daha bir neçə yüksək vəzifəli şəxsi vəzifədən getdi
Загрузка...

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) doqquz yüksək vəzifəli əməkdaşının işdən azad olunması ilə bağlı xəbər vermişdik. Criminal.az-ın Trend-ə istinadən məlumatına görə, MTN-nin daha bir idarə rəisi, polkovnik Nazim Lətifov vəzifəsindən azad edilib və sərəncama götürülüb. İnformasiyaya görə, MTN-də kadr islahatları davam etdiriləcək.    

Məlumatlı mənbələrdən Trend-ə verilən xəbərdə bildirilir ki, MTN-nin Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər. Qeyd edək ki, işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur. Xatırladaq ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.   

 Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.    

Criminal.az

Xəbər lenti