Nemət Pənahlının həbs müddəti bitib

Nemət Pənahlının həbs müddəti bitib
Загрузка...
 ''Mitinqə mane oldular''
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı noyabrın 11-də günün ikinci yarısı azad olunub. Bu barədə Nemət Pənahlı Meydan TV-yə özü danışıb.
Partiya sədri oktyabrın 13-də 30 sutka azadlıqdan məhrum edilməsini siyasi fəaliyyəti ilə əlaqələndirib: "Noyabrın 17-nə 1988-ci ildə başlanan Milli Dirçəliş Gününün 30 illiyi ilə bağlı aksiya təyin etmişdik. Ona görə məni cəzalandırdılar. İndi 17 noyabra 3 gün qalıb, bu 3 gündə aksiyanı təşkil etmək qeyri-mümkündür. Məqsəd mitinqin qarşısını almaq idi, ona da nail oldular”.
Nemət Pənahlı 30 sutka azadlıqdan məhrum edilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib. Oktyabrın 13-də Nemət Pənahlı polisə müqavimət ittihamı ilə həbs edilib. Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq meydanında keçirilən nümayişlərin aparıcısı olub. O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.
Pənahlı itthamların siyasi sifariş olduğunu bildirib. O, 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti