Neftçalada balıq tutmağa gedən ata və 5 yaşlı oğlu kanalda boğuldu Neftçalada balıq tutmağa gedən ata və 5 yaşlı oğlu kanalda boğuldu

Neftçalada balıq tutmağa gedən ata və 5 yaşlı oğlu kanalda boğuldu
Загрузка...
 Baş Mil-Muğan kollektorunun Neftçala rayonunun Boyat kəndi ərazisindən keçən hissəsində iki nəfər boğulub. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə Neftçala rayon Astanlı kənd sakini Əsgərov Nurlan Aslan oğlu , övladı 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlu ilə balıq tutmaq üçün Baş Mil-Muğan kollektoruna gedib.
Hava soyuq olduğu üçün ata övladını öz avtomobilində əyləşdirmək məcburiyyətində qalıb. Bu zaman uşaq avtomobili işə salıb və avtomobil kanala doğru hərəkət edərək kanala düşüb. Bunu görən ata özünü suya ataraq uşağı xilas etməyə çalışarkən özü də avtomobilin altında qalaraq boğulub.
Hadisə yerinə cəlb edilmiş FHN-nin xilsediciləri tərəfindən ata və oğlunun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Xəbər lenti