Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin rəhbərliyindən çıxarıldı - FOTOFAKT Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin rəhbərliyindən çıxarıldı - FOTOFAKT

Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin rəhbərliyindən çıxarıldı - FOTOFAKT
Müdafiə Nazirliyinin saytında rəhbəlik haqda məlumatlarda mühüm dəyişikilik edilib. Criminal.az saytı xəbər verir ki, nazirliyin saytında Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı məlumatlar saytdan çıxarılıb. Saytın digər bölmələrində isə nazir və onun müavinləri ilə məlumatlar qalıb.  

Aylardır ölkə mətbuatında və sosial şəbəkələrdədə N.Sadıkov haqqında neqativ məlumat səsləndirilir. Hazırda isə onun harada olması haqda məlumat yoxdur. 
Xatırladaq ki, N.Sadıkov 1993-cü il noyabrın 2-dən Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi idi. O, 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1 fevral 1992-ci ildə Azərbaycan ordusuna gəlib və elə həmin ildə briqada komandiri təyin olunub. Daha sonra korpus komandiri, Cəbhə komandanının birinci müavini-Cəbhənin Səhra İdarəetmə Qərərgahının rəisi vəzixəsində xidmət edib.  

Xəbər lenti