"Nə qədər gec deyil, xalqın səsini eşidin..." - QUBAD İBADOĞLU SƏRT MESAJ VERDİ

Загрузка...
"Azərbaycanda müstəqil sivil toplum qurumlarını məhv edən, siyasi müxalifəti zəiflədən, azad mətbuatı susduran hazırkı hakimiyyət vətəndaş fəallığının nəticəsi olan ictimai tələb, təpki, təzyiq və çoxsaylı problemlərlə baş-başa qalıb. Odur ki, son zamanlar xüsusilə də 1-ci vitse prezident tərəfindən vətəndaş fəallığının nəticəsində ictimailəşən bir sıra problemləri yerindəcə həll edilməsinə cəhdlər müşahidə olunur". Bu fikirlər iqtisadçı-alim Qubad İbadoğluya məxsusdur.
Onun sözlərinə görə, Bakıda qala divarlarının, Süleyman Rüstəm küçəsində yerləşən tarixi binanın sökülməsinin qarşısı alınır, Xətai rayonunda ağacların kəsilməsi dayandırılır. Bununla bağlı birinci vitse-prezident hadisə yerindən müsahibə verir, rəsmi Instagram hesabı vasitəsi ilə məsələnin dövlətin nəzarətində olduğunu bəyan edir, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ağacların kəsildiyi ünvana baş çəkir. Bununla sizlər nə tarixi abidələrin toxunulmazlığına, nə yaşıllıqların mühafizəsinə təminat verə, nə də onları qoruya bilməyəcəksiniz. 
"Ununtmayın ki, ölkə əhalisi pis idarəçilikdən əziyyət çəkir, insanlar problemlər içərisindədir, yaşam şərtləri pisləşib, əhalinin çətinlikləri bir deyil, on deyil, yüzlərlə, minlərlədir, yüz minlərlədir, onların həlli yalnız sistem dəyişikliklərindən keçir. Sivil dunyanın təcrübəsi gəstərdi ki, bundan başqa alternativ yoxdur, yeganə yol xalqın seçdiyi paytaxt və respublika tabeli şəhərlərin merinin, gerçək səlahiyyətlərə mailk rayon, qəsəbə və kənd bələdiyyələri mövcud olmasından, ölkədə müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti bərqərar edilməsindən keçir. Əks təqdirdə siz şikayətçiləri dinləmək üçün onlarla görüşə gecikəndə, vaxtında reaksiya verə bilməyəndə, şikayətçilər qapılarınızı əvvəl döyəcək, sonra isə təpikləyəcəklər. Odur ki, nə qədər gec deyil, xalqın səsini eşidin və sistem dəyişikliklərinə və davranışlara gətirib çıxaran islahatara gedin, yalançı, imitasiya və aksiya xarakterli əməllərdən əl çəkin. Müstəqil vətəndaş cəmiyyəti, azad mətbuat, siyasi müxalifət üçün fəaliyyət mühiti yaradın, ölkəni şəxsi müdaxilələrlə yox, institutlarla idarə edin, problemin özünə deyil, onu yaradan amillərə, yaşadan motivlərə fokuslaşın"- Q.İbadoğlu qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti