"Nazirliyin depertament direktorunun qohumu meşələri məhv edir..." - MUXTAR BABAYEV SOYQRIMDAN XƏBƏRDARDIR

Загрузка...
Oğuz meşələri yeni təyin olunmuş direktor tərəfindən məhv edilir. Bu barədə Criminal.az saytına həmin rayonda uzun müddət meşəbəyi işləmiş Xalid Seyidov məlumat verib. 
Bildirib ki, işlədiyi müddətdə xalqın sərvəti olan meşədəki bütün ağacların qorunub saxlanması üçün əlindən gələni etsə də, vətənə sədaqətli xidməti kimlərinsə xoşuna gəlməyib. Onun sözlərinə görə, konkret olaraq yuxarılara "HAQQ” vermədiyimə görə əsassız olaraq işdən çıxarılıb və məhkəməyə verilib:
"10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə şikayət etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki, bir dənə də olsun sağlam, gözə xoş ağac qalmayıb. Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara, DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Sonda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi səyyar qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim.
 
Nazir Muxtar Babayev 
Dedim ki, yaxın ətrafınız sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. O isə qarşılığında heç formal da olsa cavab vermədi. Bu qəbullardan sonra Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar".

 
Meşəbəyi Məmmədov Valeh meşəsinin necə məhv edilməsini əks etdirən foto 
Keçmiş meşəbəyi xatırladır ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatına yeni təyin olunmuş İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qafarovla qohumdurlar. Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. 
X.Seyidov qeyd edir ki, İlqar Qəribovun dəstəsinin əksəriyyəti həbs edilsə də, məsuliyyətdən nüfuzlu qardaşlarının hesabına kənarda qalan meşəbəyi Məmmədov Valeh Yaqub oğlu qoruduğu meşələrə qanim kəsilib, onu hər gün məhv etməklə məşğuldur:
"Doğrudur, onu bir neçə dəfə törətdiyi özbaşnalıqlara görə işdən qovsalar da vəzifədə olan qardaşlarının köməkliyi sayəsində hər dəfə məsuliyyətdən qurtula və öz işini- konkret olaraq hər həftə 5-600 kub m. ağac qırıntısı kəsdirib yük avtomobillərilə satışını təşkil etməkdədir. Qardaşlarından biri Şahdağ Dövlət Qoruğunun rəhbəridir, digəri Notariusda sədrlik edir. Bu adam hətta karantin dövründə öz bazarını dayandırmır. 

Meşəbəyi Məmmədov Valeh meşəsinin necə məhv edilməsini əks etdirən foto
Respublikada heç kim ona söz deyə bilmədiyinə görə, Valeh də bir meşəbəyi kimi meşə ağaclarını öz dədəsinin malı kimi satmağında davam edir. Düzdür, bizim 23 aprel şikayətimizdən dərhal sonra onun "Şahdağ” Dövlət Qoruğunun müdiri işləyən qardaşı aprelin 26-da öz müavinin göndərərək bəyan etdi ki, "biz heç kimdən qorxmuruq, kim nə istəyir yazsın.” Yəni, açması budur ki, heç kim bizim meşə bazarımıza söz deyə bilməz!. Son müraciətimdən sonra ETSN-nin 6 və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin komissiyası bir neçə meşə dolağında apardığı yoxlama zamanı baş verən kütləvi məhvetməni gördülər. Lakin onlar çox az ərazini əhatə edən sahəyə - yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir".
"Həbs edilən İlqar Qəribovun yerinə yeni təyin olunmuş Alim adlı müdir işə başlasa da son günlər də xeyli sayda ağaclar kəsilib satışa çıxarılıb. Yeni direktorun köhnədən qalma hüquqşunası Xudiyev Araz isə bütün cinayətləri ört basdır edilməsi üçün komissiyanın Oğuz rayonun Mollalı kəndində apardığı yoxlamaya maneçilik törətmək üçün gəlib hay-küy salmışdır. Görəsən, bu zamana qədər meşələrin kütləvi məhv edilməsinə göz yuman hüquqşünas niyə indi də komissiyanın fəaliyyətinə mane olmağa çalışır?" - X.Seyidov bildirib. 

Meşəbəyi Məmmədov Valeh meşəsinin necə məhv edilməsini əks etdirən foto
X.Seyidov ölkə başçısı İlham Əliyevə müraciət edərək ağacların məhv edilməsinin və Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktorunun özbaşınalığına son qoyulmasını xahiş edir:
"Cənab Prezidentsiz tez tez Azərbaycanın müxtəlif aərazilərində olarkən ağacəkmə kampaniyasında şəxsən iştirak edirsiniz. Ancaq ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən müdiri də sələfi Qəribovun yolunu davam edərək işlədiyi 20 gün ərzində 400 yeni ağacın kəsilməsinə şərait yaradıb. Elə komissiya da bunu aşkarladı. Müdir isə deyir ki, bu 400 ağac kiçik diametrlidir, ondan ötrü kim mənə nə deyəcək? Təzə müdir anlamır ki, bu aöaclar sabahın böyük ağacları ola bilərdi. Əgər 20 gündə meşələrimizdə 400 ağac kəsilirsə. Onda 2 ildə nə qədər ağac məhv ediləcək? Hamınızdan xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz". 










Xəbər lenti