Nazirlikdən gələn məktub Mirqafar Seyidovun polislərinin yalanını ifşa etdi

Nazirlikdən gələn məktub Mirqafar Seyidovun polislərinin yalanını ifşa etdi
Загрузка...
Ötən ilin dekabrında Zahid Qurbanova məxsus mənzildən külli miqdarda pul və qızıl-zinnət əşyaları oğurlanıb. Baş vermiş cinayət hadisəsindən 7 ay sonra zərərçəkmişin oğlu Vasif Qurbanzadə Suraxanı rayon Polis İdarəsinin oğruları tapmaqda aciz olması, polisin fəaliyyətsiliyi ilə bağlı Criminal.az saytı vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlamışdı.
Həmin açıq məktubdab sonra Criminal.az saytının baş redaktoru Anar Məmmədov və zərərçəkmişin oğlu, açıq məktubun müəllifi Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq rəis Mirqafar Seyidov tərəfindən qəbul edilmişdi. Həmin görüşdə BŞBPİ-nin baş cinayət-axtarış idarəsinin rəisi Əliaslan Ağayev və Bakı qanizonunun qərargah rəisi Vüqar Ələkbərov da iştirak edirdi. Həmin görüşdə sözügedən oğurluq hadisəsi ilə bağlı M.Seyidov mini-müşavirə keçirib. Ə.Ağayev və V.Ələkbərov rəisə baş vermiş oğurluq hadisəsi ilə bağlı görülən işlər, aparılan əməliyyat-istintaq tədbirləri ilə bağlı məruzə etdilər.
Həmin görüşdə zərərçəkmişi inandırmağa çalışdılar ki, mənzilindəki oğurluqla bağlı iş davam edir və bunun nəticəsini yaxın günlərdə görəcək. Lakin sözügedən cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Cinayət və Təhqiqat İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Canpolad Daanovun zərərçəkmişin V.Eyvazova yazdığı məktuba cavabı M.Seyidovla olan görüşün ciddiliyini sual altına alıb... 

Həmin məktubdab sonra zərərçəkmişin oğlu V.Qurbanzadə Criminal.az saytına bildirib ki, 2018-ci ilin dekabrında evində olmuş oğurluq hadisəsi ilə bağlı 02 iyul 2019-cu il tarixində daxili işlər nazirinə yazdığı açıq məktubla əlaqədar Bakı şəhər BPİ- nə dəvət olunduğu zaman Cinayət Axtarış İdarəsinin rəisi məruzə elədi ki, zərərçəkənin polisin fəaliyyətsizliyi ilə bağlı iradları nahaqdır. Hətta polis bu sahədə bir çox tədbirlər həyata keçirib və əldə də məxfiliyini qorumalı olduğumu məlumatlar var. Hal-hazırda da iş davam etdirilir, oğurluq hadisəsinin üstünün açılması üçün tədbirlər tərəfimizdən həyata keçirilir.
"Yəni, kişinin sözündən belə çıxdı ki, cinayətkarın kimliyi bilinməsə də izi bilinir. Hansı ki, bunun cəfəngiyatdan başqa bir şey olmadığı qənaətindəydim və elə orda da -mən inanmıram!- dedim. Çünki, geridə qalmış 7 ay içərisində Suraxanı RPİ-nin bu sahədə heç bir iş gormədiyindən və ya görə bilmədiyindən əmin idim. Bu inamsızlığı təsdiqləməyim çox da uzun çəkmədi. Cənab polkovnikin məruzəsindən təxminən bir sutka sonra Suraxanı RPİ nin 32-ci bölməsinin iki əməkdaşı bizim evə gəlir. Mənim evdə olmadığımdan suallarına atam cavab verməli olur.
Təsəvvür edirsiniz, hadisədən 7 ay sonra... Cənab naziri, cənab generalları, polkovnikləri və nə bilim daha kimləri narazı salan məktubdan sonra... Ən acınacaqlısı bu gələn iki polis əməkdaşı toyda (hadisə qohum toyu günü olmuşdu) iştirak edən qohum-əqraba haqqında suallar verir. O suallar ki, 2018-ci ilin dekabrında bizim tərəfimizdən ətraflı şəkildə cavablandırılıb. Həm də bir neçə dəfə... Hətta, toyda iştirak edənlərin siyahısını da götürüblər. Deməli, bunlar nə ki o siyahını itirib, ümumiyyətlə bu sahədə iş aparmayıb. Hətta, indi belə bir niyyətləri olsa da bu sualları vermək olduqca gecdir. Görəsən bundan polkovnik Əliaslan Ağayevin xəbəri yoxdurmu? Yoxsa, o, mənimlə bərabər öz rəisinə yalanmı danışırdı... Mən Azərbaycan polisinin 3 ulduzunu çiynində gəzdirən və peşəkarlığına heç bir şübhəm olmayan bu adamın səmimiyyətinə inanmaq istəyirəm, amma... Və, bu əməkdaşları yola saldıqdan sonra axşam saat 18:59- da 32-ci polis bölməsinin rəis müavini mənim mobil telefonuma zəng edir, toyda istifadə olunmuş gəlin maşını və fotoqraf haqqında suallar verir. Baxın, hadisədən 7 ay sonra... Açıq məktubumdan təxminən 46 saat sonra... bu da son deyil..."
Şikayətçi qeyd edib ki, 6 gün sonra Suraxanı RPİ 32-ci polis bölməsindən yenidən atasına zəng edib, toy olan restoranın adını yenidən soruşublar və bir neçə gündən sonra yenidən evə baxış keçirilib: "Hansı ki, bu zaman hadisədən nə az nə çox səkkiz ay zaman keçib. Sual etmək istəyirəm bu açıq məktub yazılana qədər bizim sevimli POLİSimiz harda idi? Heç olmasa -işləyə bilmirik, siz düz irad edirsiniz!- deyərək etiraf etmək daha yaxşı, daha səmimi olmazdımı? Bu zənglər, suallardan bu nəticəyə gəldim ki (hərçənd ki bu mənə qaranlıq deyildi) Bakı şəhər BPİ-də bir zərərçəkən olaraq mənə danışıla biləcək yalanların ikinci mərhələsi başlanıb. Hansı ki, 7 ayın ilk bir ayını bu "sakitləşdirmə tədbirləri" Suraxanı polisi tərəfindən az çox tətbiq olunub. İndi isə o təhər prosses Bakı BPİ- də davam edir. Əgər, həqiqətən də, Bakı BPİ-də, Criminal.az-ın baş redaktoru Anar Məmmədovun şahidliyi ilə, mənə deyilən kimi "lazımi tədbir"lər görülübsə və hadisə ilə bağlı hər hansı bir irəliləyiş varsa niyə bunlar mənim qohumlarımla bağlı, eləcə də toyda gəlin maşını sürücüsü və fotoqrafla bağlı, ümumiyyətlə hadisə ilə bağlı yenidən məlumat toplamağa başlayıblar? Hansı ki, bunlar hadisədən bir neçə saat sonra atılmalı addımlar idi, təəssüf ki, atılmayıb. Bu bir tərəfə... Məsələnin gülməli və ya ağlamalı tərəfi bilirsiniz nədir? Zərərçəkənə qəşəng polis nağılları danışa-danışa cinayət işinin icraatına çoxdan, hətta lap çoxdan xitam verilib. Amma, bu oyunu quranların başına xeyir olsun ki, o nağıllar məni yuxuya verə bilmədi. Qənaətimi, DİN Baş Cinayət və Təhqiqat İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Canpolad Daanovun, cənab nazirin adına yazdığımız məktuba cavabı tam təsdiqlədi:
"Müəyyən olunmuşdur ki, göstərilən faktla bağlı Suraxanı RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanmış, 3- fevral 2019-cu ildə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə Cinayət Prosessual Məcəlləsinin 53.1.1 maddəsinə əsasən dayandırılmışdır.
Hansı ki, bu vaxta qədər DİN- ə ünvanlanmış müraciətlərimizə cavab olaraq 11.02.19-cu il tarixli, DİN, Bakı BPİ- nin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Yasin Mikayıllının, 14.02.19-cu il tarixli Suraxanı RPİ-nin rəisi vəzifələrini müvəqqəti icra edən Cavanşir Əhmədovun, 29.02.19-cu il tarixli Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisi Rəşad Quliyevin, 05.03.19-cu il tarixli Suraxanı RPİ-nin rəisi Namiq Həsənovun, 12.04.19-cu il tarixli Suraxanı RPİ-nin rəisi vəzifələrini müvəqqəti icra edən Cavanşir Əhmədovun verdiyi açıqlamalarda 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlandığı və həmin cinayət işi üzrə istintaqın davam etdirildiyi göstərilir. Çox maraqlıdır Azərbaycan DİN-dən bir cinayət hadisəsi haqqında hər idarə bir açıqlama verir. Bu necə nazirlikdi? On beş gün əvvəl, yəni 03-iyul 2019-cu ildə general Mirqafar Seyidov axtarış getdiyini, bu işin üstünün mütləq açılacağını bildirir, arxasınca nazirlikdən axtarışın hələ 5 ay əvvəldən dayandırıldığı haqqında açıqlama verilir. Bunu elə aylar əvvəl çıxıb demək olardı ki, polis Qaracuxur qəsəbəsində baş verən bu cinayət hadisələrinin üstünü açmaqda acizdir. Azərbaycan polisi bir oğrunu tapacaq qədər peşəkar deyil. Belə biabırçılıqdansa bunu etiraf etmək yaxşı olardı. Sadəcə gözdən pərdə asmaq məqsədilə, bir zərərçəkən olaraq məni sakitləşdirmək üçün bu kimi tədbirlərə əl atmağa nə hacət? Cənab nazir, bilmək istəyirəm bu tamaşaların ssenari müəllifi kimdir?".
Məsələ ilə bağlı BŞBP-nin mövqeyini gün ərzində öyrənməyə çalışacağıq. 





Загрузка...
Загрузка...

Xəbər lenti