Nazirlikdə oturan poqonlu qanqsterlər banka 623 min manat qoyan sahibkarı hədələdi - “300 MİN DOLLAR VERMƏSƏN BAŞINA OYUN AÇARIQ...”

11 Yanvar 2022, 12:51
11 Yanvar
2022
12:51
1312
Üç aydan artıqdır ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi keçirilir. Məhkəmənin açıq keçirilməsinə baxmayaraq mətbuat nümayəndələrinin prosesi izləməsinə icazə verilmir.
virtualaz.org-un xəbərinə görə, keçmiş MTN-çilərin cinayət işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri – iş adamı Mehrac Qurbanov istintaqa verdiyi ifadəsində göstərib ki, "Texnikabank” ASC-nin "Bakı” filialında müqavilə bağlayıb, öz adına illik 12 faizə 623 min 300 manat avro məbləğində əmanət qoyub.
Təxminən bir il sonra – 2008-ci ilin oktyabrında M.Qurbanovun mobil nömrəsinə zəng vurub, onu MTN-ə çağırıblar. Zəng vuran şəxs M.Qurbanova MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov olduğunu deyib. Ertəsi gün M.Qurbanov həmin nazirliyə yollanıb. Giriş qapısında qeydiyyatdan keçdikdən sonra nəzarətçilərin müşayiəti ilə xidməti otağa aparılıb.

Bu həmin Vüsal Ələkbərovdur ki, indi təqsirləndirilən şəxs qismində məhkəməyə gedib-gəlir, jurnalistlərdən yayınmaq və sifətini gizlətmək üçün koronavirus pandemiyası ona fürsət yaradıb...
Zərərçəkmişin ifadəsinə görə, xidməti otaqda V.Ələkbərov onunla təklikdə görüşüb. M.Qurbanova banka əmanət kimi qoyduğu məbləğdən imtina etməyi tələb edib: "Dedi ki, sən o puldan imtina etməlisən, əgər etməsən, başına oyun açacağıq, hansı yolla olursa olsun, səni tutacağıq. Mən də halal pulumdan imtina etməyəcəyimi söylədim”.
V.Ələkbərov ona "300 min dollar verməlisən ki, sənin əmanətlərinin qaytarılmasında köməklik edək, 15 gün ərzində əmanətlərini qaytaraq, ancaq bu pulu bizə verməsən, səni həbs edəcəyik, rəhbərliyin göstərişi belədir” deyib.

M.Qurbanov deyir ki, həmin gün V.Ələkbərov ona bir neçə sual verib, ifadəsini alıb, imza nümunələrini götürüb. Daha sonra isə general Mövlam Şıxəliyevin yanına aparıb. General sərt və acıqlı formada "Vüsal Ələkbərovun dediyini etməlisən, biz də sənə kömək edib banka qoyduğun pulu qaytaracağıq” deyib. Həbsə atılacağından ehtiyatlanan M.Qurbanov əlacsız qalaraq onlara pul vermək qərarına gəlib. Uzun çək-çevirdən sonra isə V.Ələkbərov 200 min dollara razılaşıb. MTN əməkdaşları tərəfindən təhdid edilən M.Qurbanov hədə-qorxu altında qaldığı üçün pul toplamağa başlayıb.

Mövlam Şıxəliyev
"Şirvan şəhərinə gedərək tanışım İsmayıl Əhmədova öz fermamdan 3600 manata 30 baş qoyunu satdım, qardaşlarım Hüseyndən 10 min manat, Heydərdən 15 min manat, bibim oğlu Kərimdən 20 min manat, bacılarımdan yadımda qalmayan məbləğdə, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayan Səmədağa adlı tanışımdan 50 min manat borc pul aldım. 50 min manat da özümdə var idi”- zərərçəkmiş ifadəsində belə deyib.
Topladığı 200 min dolları sellofan torbaya qoyan M.Qurbanov V.Ələkbərova zəng vurub. Sonuncunun tələbi ilə birbaş MTN-ə gedib: "Aşağıda məni qeydiyyata aldılar və Vüsalın otağına apardılar. Gətirdiyim pulları Vüsala verdim. Banka qoyduğum əmanətin nə vaxt qaytarılacağını soruşdum. Vüsal da cavabında "bu haqda sənə məlumat verəcəyik” dedi”.

200 min dolları V.Ələkbərova verən M.Qurbanov MTN-nin binasından çıxaraq qardaşı oğlu Mahirin idarə etdiyi avtomobilə əyləşərək evinə qayıdıb. Həmin gündən sonra dəfələrlə V.Ələkbərovla telefon əlaqə yaratmağa cəhd etsə də, mümkün olmayıb. V.Ələkbərov onun telefonlarına cavab verməyib.
"Borc aldığım şəxslərə MTN-dən Vüsal Ələkbərov adlı şöbə rəisinin hədə-qorxu yolu ilə pulumu aldığını dedim. Bunun nəticəsində borca düşmüşəm. Qalan mal-qaramı, fermamı dəyər-dəyməzinə satmışam” - zərərçəkmiş ifadəsində belə deyib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Məhkəmə
Maşın ustası Kamil, əsilzadə İlahəxanım, onun Roma merinə ərə gedən anası... - BAKIDA DƏLƏDUZLUĞUN BELƏSİNİ HƏLƏ EŞİDƏN OLMAMIŞDI...
-
Manşet, Foto, Məhkəmə
Nazirlikdə oturan poqonlu qanqsterlər banka 623 min manat qoyan sahibkarı hədələdi - “300 MİN DOLLAR VERMƏSƏN BAŞINA OYUN AÇARIQ...”
-
Manşet, Foto, Məhkəmə
Eldar Mahmudovun baş istintaqçısının məhkəməsində sensasion ifadələr - Mövlam Şıxəliyev Vüsala "sənə dedim axı bu q....ni sal içəri”
-
Sənəd, Manşet, Foto, Məhkəmə
"Buldozer Zülfəli" qazinin qardaşını həbs etdirmək istədi - Gültəkin Hacıbəylinin keçmiş ərinin əli ilə...
-
Manşet, Foto, Məhkəmə
Deputat Eldəniz SƏlimov həbs edildi
-
Manşet, Foto, Məhkəmə
SOCAR-ın şöbə rəisi: 52 qızıl külçə üçün 2 milyon 19 min pul vermişdim...
-
Manşet, Foto, Məhkəmə
“Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!” – 92 yaşlı qadın məhkəmədən tələb etdi
-
Manşet, Foto, Məhkəmə
Müğənni Ruhinin müstəntiq yeznəsi məhkəmə zalında həbs edildi
-
Manşet, Foto, Məhkəmə
Aysel Novruzova ilə jandarma komandanı arasında oteldə nə baş vermişdi?! - “GERİ QAYTARA BİLMƏYƏCƏYİM BİR ÇOX ŞEYLƏRİ İTİRDİM…”