Nazirlik vətəndaşa qoca qoyunlar verilməsi məsələsinə aydınlıq gətirdi

Nazirlik vətəndaşa qoca qoyunlar verilməsi məsələsinə aydınlıq gətirdi
Загрузка...
 "Qoyunlar verilərkən həmin vaxt o, verilən mal-qaradan məmnun olduğunu, onu qane etdiyini bildirib” Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirov ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayəti haqda məlumat vermişdik. "Yeni Müsavat”ın 19 noyabr tarixli sayında "Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlöhvəli yazıda A.Dəmirov ona özünüməşğulluq proqramı çərçivəsində təhvil verilən qoyunların qoca kaftar, dişsiz olmasından şikayətlənmişdi, əmək və əhalinin sosial müdafiəsi nazirindən kömək istəmişdi.
Məsələyə ƏƏSMN-dən reaksiya verilib, redaksiyamıza göndərilən yazılı açıqlamanı təqdim edirik: "Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatını yaratmaq üçün ona verilən xırda buynuzlu mal-qaranın qocalmış qoyunlardan ibarət olması ilə bağlı mətbuatda dərc olunan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb. Bildiririk ki, özünüməşğulluq proqramı çərçivəsində proqram iştirakçılarına mal və materiallar təqdim edilərkən bu proses aktla rəsmiləşdirilir. Proqram iştirakçısına seçim imkanı verilir, verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Təqdim olunan mal və materiallardan, o cümlədən mal-qaradan proqram iştirakçısı məmnun olduğu halda həmin aktı imzalayaraq qəbul edir. Əgər təqdim edilən mal-qara onu qane etmirsə, o zaman onları qəbul etməyərək aktı da imzalamaya bilər.
Özünüməşğulluq proqramı iştirakçısı olan Ariz Dəmirova da oktyabrın 28-də kiçik təsərrüfatını yaratmaq üçün qoyunlar verilərkən həmin vaxt o, verilən mal-qaradan məmnun olduğunu, onu qane etdiyini bildirib, mal və materialları qəbul etdiyinə dair aktı imzalayıb. Belə olan halda Ariz Dəmirovun mal-qara veriləndən üç həftə vaxt ötdükdən sonra şikayət edərək verilmiş mal-qaradan narazılığını bildirməsi əsaslı ola bilməz və reallığı əks etdirmir”.
Загрузка...
Загрузка...

Xəbər lenti