Nazirin işdən qovduğu məmura cinayət işi açıldı Nazirin işdən qovduğu məmura cinayət işi açıldı Nazirin işdən qovduğu məmura cinayət işi açıldı

Nazirin işdən qovduğu məmura cinayət işi açıldı
Загрузка...
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad rayon şöbəsinin müdiri Bayram Mikayılov vəzifəsindən azad edilib. "Yeni Sabah" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev şöbə rəisini vəzifəsindən azad etmək barədə əmr imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov "Unikal.org"a açıqlamasında xəbəri təsdiqləyib. O, bildirib ki, Bayram Mikayılov vəzifə səlahiyyətlərinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. 

Məlum olub ki, Sabirabad rayonunda may ayında təyin olunmuş və ödənişi aparılan pensiya işlərinin araşdırılması zamanı 31 halda pensiya işində qanun pozuntuları müəyyən edilib.
Qeyd edək ki, B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişinin təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi. Gülnarə Cəbrayılova Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun qardaşı qızıdır. 

Загрузка...
Загрузка...

Xəbər lenti