Nazir qardaşı olmaq

Nazir qardaşı olmaq
Загрузка...
"Bakı Kristal Zalı” (Baku Crystal Hall) MMC Azərbaycanın ən iri idman-konsert qurğularından biridir. Avroviziya-2012 müsiqi yarışması öncəsi inşa olunan, tikintisinə ən azı 200 milyon ABŞ dolları xərclənən bu kompleksə Murad Rəhimov rəhbərlik edir. Gənclər və idman naziri Azad Rəhimov görünüşcə möhtəşəm, lakin saxlanma xərcləri göz qaraldan (obyektin saxlanmasına dövlət büdcəsindən ildə 2-2,5 milyon manat ayrılır) Bakı Kristal Zalının idarə olunmasını başqasına deyil, öz kiçik qardaşına, 48 yaşlı iş adamına həvalə edib. 

"Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyində olan onlarla idman obyektlərindən biridir. Murad Rəhimov özəl biznesdə geniş təmsil olunur. Onun payçı və ya idarəedici olunduğu şirkətlər:
2. "Arem” MMC
3. "M-Vision” MMC
4. "İnvestlizinq” MMC
5. "Crystal Music” MMC
6. OOO "Джаз Дент”, 26%. Moskva şəhərində (Rusiya) stomatoloji klinika (yaranma tarixi - 2010-cu il)
Cənab M. Rəhimov ictimai fəaliyyətlə də məşğuldur. O, Portuqaliyanın Azərbaycandakı fəxri konsulu, Dövlət Reklam Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycanı İdman Rəqsləri Federasiyasının prezidentidir. 

Hafiz Babalı
Araşdırmaçı jurnalist 

Xəbər lenti