Nazir keçmiş deputatın müəllimlərin etirazı ilə işdən çıxarılan anasına yeni vəzifə verdi

Nazir keçmiş deputatın müəllimlərin etirazı ilə işdən çıxarılan anasına yeni vəzifə verdi
Загрузка...
Keçmiş deputat Ceyhun Osmanlının anası Xuraman Osmanova Bakının 238 saylı orta məktəbinin direktoru vəzifəsinə təyin edilib. Yenisabah.az xəbər verir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olan X. Osmanova Təhsil nazirinin əmri ilə Bakının 238 saylı orta məktəbinin direktoru təyin edilib.
238 saylı məktəbin direktoru İlqar Talıbov isə müvafiq əmrlə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olub.
Criminal.az xatırladır ki, bir müddət əvvəl S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının müəllimləri X.Osmanovaya qarşı etiraza qaxmışdı. Müəllimlər X.Osmanovanın məktəbə təhsil olcağı kimi yox, yeyinti yeri kimi baxdığını bildirirdi. Hətta məktəbin ingilis dili müəllimi Lalə Mərdanova intihara cəhd etmişdi. Bundan sonra X.Osmanova məktəbdən uzaqlaşdırılsa da, C.Osmanov və anası bunu inkar edirdilər. 

Загрузка...
Загрузка...

Xəbər lenti