Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü
Загрузка...
 Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub. Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.

Xəbər lenti