“Nazir deyil, Paşinyan şəxsən özü desə...”

“Nazir deyil, Paşinyan şəxsən özü desə...”
 "Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da "BBC News”a müsahibəsində jurnalistin "Belə çıxmır ki, Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı geri almaq üçün döyüşməlisiniz?” sualına cavabında deyib.
Dövlət başçısı bildirib ki, biz bu müharibəni davam etdirmək istəmirik: "İstəmirik. Biz dayanmaq istəyirik. Mənim indi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o, məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur”.

Xəbər lenti