Nazim İbrahimovun qardaşının əməlləri üzə çıxdı - milyonları necə ələ keçirib?

Nazim İbrahimovun qardaşının əməlləri üzə çıxdı - milyonları necə ələ keçirib?
Загрузка...

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.

Musavat.com Sahib Ibrahimova qarşı irəli sürülmüş ittihamın təfərrüatlarına əldə edib.

Adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə isə dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsində cinayət işi əvvəl "Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov "STS” şirkətinin 95 faiz payçısı və "Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus "Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb.

İttihamda göstərilir ki, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona "STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. Sahib İbrahiçov buna görə də Q.Rüstəmova "Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Məlumata görə, həmin şirkətin direktoru Məzahir Cəfərov isə zərərçəkniş Q.Rüstəmovdan 62 min manat alıb. Qarşılığında isə ona "RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satacağını deyib. Ona verdiyi sənədlər isə saxta olub. Həmin mənzil isə "RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.

İttiham aktında əsasən S.İbrahimov eyni əməlləri ilə Sədaqət Əsədullayevdən 75 500, İlqar Quliyevdən 81 000, Etibar Allahverdiyevdən 162 400, Mübariz Kazımovdan 96 400, Həlimə Ocaqverdiyevdən 58 431, Habil Süleymanovdan 178 000 dollar alıb.

Əməllərini davam etdirərək Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat alıb.

Bundan əlavə başqa şəxslərə qarşı da eyni əməlləri törədərək onların pulunu ələ keçirib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişlərə saxta sənədlər əsasında ev satdığını qeyd edib və arayışlar verib.

Bundan Sahib İbrahimov Teymur Əliyev küçəsində yerləşən və Zabir Hüsyenova məxsus villanı 2,6 milyon dollara alacağını vəd edib. Ona 500 min dollar nağd pul verib, 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya – hərəsinə bir mənzil satdığını qeyd edən saxta sənədlər verib. Daha sonra həmin mənzillərin başqa şəxslərin olduğu aydın olub.

Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində "Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov "Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərəri istintaq dövründə ödəyib.

İş adamı Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Загрузка...
Загрузка...

Xəbər lenti