Məhkəmədə gərginlik: “Ona silah verin, qoy məni də öldürsün...” - NAZİM İBRAHİMOVUN MƏSULİYYƏTƏ CƏLB OLUNMASI TƏLƏB OLUNDU

22 Oktyabr 2021, 13:16
22 Oktyabr
2021
13:16
912
Azərbaycanın Milli Qəhrəmanı, 20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
R.Əkbərov Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesinin yaxınlığında baş verib.
virtualaz.org -un xəbərinə görə, prosesdə prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Taleh İbrahimov müdafiə çıxışı edib. Vəkil çıxışında hazırkı cinayət işinin Rövşən Əkbərova heç bir aidiyyatı olmadığını, törətmədiyi hadisəyə görə məsuliyyətə cəlb olunduğunu bildirib:

-20 il müddətində Rövşən Əkbərov cəmi bir dəfə şahid qismində dindirilib. Cinayət işi üzrə dəfələrlə şahidlər ifadə verib. Amma bir nəfər də hadisənin general tərəfindən törədildiyini deməyib. Bu işdə istintaq orqanı tərəfindən on nəfər şahidin ifadəsinə istinad olunub. Ancaq həmin şahidlər hadisə zamanı Azərbaycanda olublar, hadisənin birbaşa şahidi olmayıblar. Mərhumun yanında yalnız dostu Məzahir Şıxaliyev (rəhmətə gedib-red.) olub.
Məzahir də ilkin ifadəsində içkili olduğundan hadisəni kim tərəfindən törədildiyini görmədiyini deyib.
O, müvəkkilinin "nümunəvi hərbçi, general olmaqla, hər bir addımına diqqət yetirən şəxs olduğunu” da bildirib. Cinayət işinin Ukraynada dəfələrlə araşdırıldığını, generala heç bir ittiham verilmədiyini, bir dəfə də olsun çağırılıb dindirilmədiyini xatırladıb.
Müdafiəçi cinayət işi üzrə adı keçən şahidlərin yalan ifadə verdiklərini iddia edərək, onların barələrində cinayət işi açılmasını istəyib. Generalın vəkili daha sonra bildirib:

-Nazim İbrahimov səfir işləyib, deputat olub. Hər addımının məsuliyyətini bilən adam olmalıdır . İndiyə qədər istintaqda beş dəfə ifadə verib. İfadəsinin dördündə Rövşən Əkbərovun adını çəkməyib. Lakin 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Rövşən Əkbərov da Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Nazim İbrahimovun verdiyi ifadə yalandır. Əgər belədirsə, onda bu adam cinayəti bilib xəbər verməyib. Nazim İbrahimov sonradan müəyyən şəxslərin təsiri altında yalan ifadə verib. Yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik. Digər şahid Orucəli Hacıyev də istintaqda dörd dəfə ifadə dindirilib. Lakin o da ifadlərinin heç birində deməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deyib.
Amma bu il mart ayında Orucəli Hacıyev ifadəsində bildirib ki, Məzahir ona qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini deyib. Məzahir rəhmətə gedib. O vaxt dindiriləndə ifadəsində açıq-aşkar deyib ki, həddən artıq sərxoş olduğu üçün Elçini vuran adamın kim olduğunu bilmir. Mərhum özü də son nəfəsində Məzahirə deməyib ki, onu kim vurub.
Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılmış mülki iddianın təmin edilməməsini xahiş edib: "Şahid ifadələrinə baxsanız ziddiyyətləri açıq-aydın görərsiniz. Məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyirəm”.

Bu vaxt mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva məhkəmədən ona söz verilməsini istəyib:
-Mənə icazə verin, bir kəlmə söz deyim, anayam.
Hakim isə ona zərərçəkmiş şəxsin və nümayəndəsinin ötən prosesdə çıxış etdiklərini xatırladıb, söz verməyib. Məhkəmənin növbəti iclasının oktyabrın 27-də olacağını deyərək iclası yekunlaşdırıb.
Amma Səmayə Əliyeva məhkəmə prosesi yekunlaşdıqdan sonra zalda vəkilin çıxışına etiraz edib. S.Əliyeva oğlunun R.Əkbərov tərəfindən öldürüldüyünü bir daha deyib:
-Mənim oğlumu Rövşən Əkbərov öldürüb. Silah verin, qoy məni də öldürsün. Oğlumu necə öldürübsə, məni də elə öldürsün .
R. Əkbərov onu sakitləşdirməyə çalışıb:
-Bilin ki, bu cinayəti mən etməmişəm. Siz bu işi yaxşı-yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın.
Xatırladaq ki, şahid ifadələrinə əsasən R.Əkbərov kafedə, Elçin Əliyevə səfirlikdə ona hörmət-ehtiram göstərmədiyi haqda irad bildirib. Bu zaman "mən içəri girəndə siz samovar dəmləyirdiz” cavabını eşidib. "Mən səninçün çayxanaçıyam?” deyə ona qəzəblənib və tərəflər daha sonra mübahisəni çöldə davam etdirəndə general E.Əliyevi dənizçi bıçağı ilə vurub...
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”