Naxçıvanın keçmiş təhsil naziri də həbs olunub

Naxçıvanın keçmiş təhsil naziri də həbs olunub
Prokurorluq hansı ittihamların irəli sürüldüyünü açıqlamayıb
Naxçıvan Muxtar Respublikasında nazir işləmiş daha bir nəfər həbs olunub. Muxtar Respublikanın sabiq daxili işlər nazirindən sonra keçmiş təhsil naziri Məmməd Qəribov haqqında da həbs qərarı verilib. Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib. Amma ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, Məmməd Qəribov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir.
Məmməd Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifəsində çalışıb. Baş Prokurorluq martın 9-da 17 il (2000-2017) Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışmış Əhməd Əhmədovun da həbs olunması xəbərini təsdiqləyib.

Xəbər lenti