Naxçıvanda əsgərin əlində silah açıldı: güllə hərbiçinin gözündən girib arxadan çıxdı

Naxçıvanda əsgərin əlində silah açıldı: güllə hərbiçinin gözündən girib arxadan çıxdı
Загрузка...
 Ordubad rayonunun Unus kənd sakini, müddətdən artıq həqiqi hərbi quluqçu (MAXE), 1985-ci il təvəllüdlü Vüsal Nizami oğlu Yusifovun həlak olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vüsal Yusifov Ermənistanla sərhəddə atəşkəsin pozulması nəticəsində həyatını itirib. Meydan TV-nin əldə etdiyi məlumatda isə bildirilir ki, hadisə avqustun 8-də, gecə 01:30-da Culfa rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.
Naxçıvanın Soyuq dağlarında yerləşən postlardan birində əsgər baş leytenant Musa İbrahimovu və MAXE Vüsal Yusifovu xidməti silahı ilə vurub. Güllə Vüsal Yusifovun gözündən dəydiyindən yerindəcə keçinib. Baş Leytenant isə ağır yaralanıb. O, təcili hospitala götürülsə də, avqustun 9-da, səhər saatlarında keçinib.
Hadisəni törədən əsgərin Naxçıvan MR-nın Sədərək rayonundan olduğu bildirilir.
Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yaymayıb.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşı Meydan TV-nin sualını eşidən kimi yanında vətəndaş olduğunu, bu səbəbdən danışa bilməyəcəyini deyib. Növbəti zəngdə isə cavabı "imkan verin işləyək” olub.
++++++++
MAXE Vüsal Yusifovun yaxınları Meydan TV ilə əlaqə saxlayaraq hadisənin qəsdən baş vermədiyini deyib. Bildirilir ki, əsgərlərdən biri ehtiyatsızlıq ucbatından silah boşaldarkən, silahdan yanlız bir güllə çıxıb və Vüsal Yusifovun gözünə tuş gəlib. Güllə arxadan çıxaraq digər hərbçi Musa İbrahimovu da yaralayıb. Musa İbrahimovun vəziyyəti hal-hazırda stabildir. Vüsal Yusifov isə həyatını itirib. Meydan TV Musa İbrahimovla bağlı məlumatı təsdiqlədə bilməyib.
+++++++
Millət vəkili Adil İsmayılov sosial şəbəkədə məlumat paylaşıb ki, atəşkəsin pozulması nəticəsində Naxçıvanda N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi quluqçu, Ordubad rayonu Unus kənd sakini Yusifov Vüsal Nizami oğlu şəhid olub.
++++++ Azərbaycan Müdafiə Nazirliyi hərbçi Vüsal Yusifovun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Lakin Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a bildirib ki, Vüsal Yusifov Ermənistan ordusu ilə atışmada ölməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti