“Naxçıvan kriminogen baxımdan ən sabit regiondur”

“Naxçıvan kriminogen baxımdan ən sabit regiondur”
Загрузка...

"Bu gün ölkəmizdə bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü şübhə altına almaq, onun hüquqi statusuna kölgə salmaq   istiqamətində uğursuz cəhdlər göstərirlər. İddianın biri bundan ibarətdir ki, guya Naxçıvanın  MR-in mövcudluğu Azərbaycanın unitar dövlət quruluşu ilə bir araya sığmır”.

"Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın saytında dərc olunan məqaləsində deyib. 

Onun sözlərinə görə, azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalaşdığını və anklav formada Azərbaycandan aralı düşdüyünü yaxşı bilir:

 

" Belələri anlamır ki, Naxçıvan MR-nin hüquqi statusu təkcə Azərbaycan konstitusiyası ilə müəyyənləşmir. 1921-ci ildə qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu həm də beynəlxalq hüququn əhatə dairəsinə daxil olur. Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq hüququn yerli hüquq normalarına münasibətdə üstünlüyü mövcuddur. Yəni, biz istəsək də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik. Ümumiyyətlə, Naxçıvan MR-a qarşı bu tip cəhdlər hələ Mütəllibov və AXC-Müsavat dönəmində də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qondarma və antikonstitusion vəzifə də icad etmişdilər. Onların Naxçıvana göndərdiyi emissarlar regionda qarışıqlıq yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bununla həm də Ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksələn nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Ali Soveti sədrinin müavini olması müddəasını konstitusiyadan çıxararaq Heydər Əliyevin siyasi perspektivinə mane olmağa çalışdılar. Lakin siyasi proseslərin sonrakı inkişafı onları bir daha haqsız çıxardı və xalq onların özlərini hakimiyyətdən süpürüb atdı.

Digər bir əsassız iddia Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə yönəlib. Halbuki, Konstitusiyasının  136-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. Bu konstitusion bir səlahiyyətdir və yalnız referendumda dəyişilə bilər. Halbuki, bunu etmək üçün heç bir hüquqi-ictimai zərurət yoxdur.

Başqa bir həqiqətə uyğun olmayan arqument ondan ibarətdir ki, guya Naxçıvan MR-in rifah halını yüksəltmək üçün bölgə  azad iqtisadi zona olmalıdır və deməli həm də sərhədlərində gömrüksüz ticarət etməlidir.  Halbuki, Naxçıvanın yuxarıda da sadaladığımız yüksəlişdə olan iqtisadi göstəriciləri belə niyyətlərin tam əsassız olduğunu sübut edir və zəruriliyini ciddi şübhə altına alır. Habelə belə addımlar bölgəyə özü ilə bərabər maliyyə fırıldaqçılarını və müxtəlif kriminal ünsürləri də cəlb edəcək. Eyni zamanda düşmən dövlətlərin kəşfiyyat orqanlarının bölgədə fəallığı arta və Naxçıvan kimi strateji bir ərazinin təhlükəsizliyi təhdid altına düşə bilər. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizə vurulacaq zərbənin isə ümumiyyətlə heç nə ilə konpensasiya etmək mümkün olmaya bilər. Halbuki, Naxçıvan ölkəmizin kriminogen baxımdan ən sabit və cinayətkarlığın ən az baş verdiyi regionudur”.

Загрузка...
Загрузка...

Xəbər lenti