Navalnı xəstəxanaya götürülməsindən sonra fərziyyələr çoxalıb

Navalnı xəstəxanaya götürülməsindən sonra fərziyyələr çoxalıb
Загрузка...
Xəstəxananın təmsilçiləri müxalifətçinin vəziyyətinin "qənaətbəxş" olduğunu deyiblər
Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnının təyin olunmamış xəstəlik üzündən təcridxanadan Moskva xəstəxanasına aparılmasından bir gün sonra fərziyyələr yayılmağa başlayıb. Xəstəxananın terapevtik şöbəsinin həkimi Eldar Kazaxmedov iyulun 29-da "İnterfaks”-a bildirib ki, Kremlin düşməninə "ümumiləşdirilmiş allergik reaksiya" diaqnozu qoyulub və qeyd edib ki, "səbəbinin nə olduğunu demək çətindir".
Xəstəxananın təmsilçiləri Navalnının vəziyyətinin "qənaətbəxş" olduğunu deyiblər." Onun bədən istiliyi 36,6 dərəcədir," - deyə nümayəndələrdən biri AFP-yə bildirib. Navalnının həkimi Anastasiya Vasilyeva iyulun 29-da jurnalistlərə bildirib ki, Navalnı xəstəxanadan çıxarılıb və gözətçilərin nəzarəti altında saxlanma kamerasına geri göndərilib. Vasilyeva həmçinin bildirib ki, 43 yaşlı siyasətçinin naməlum kimyəvi maddə ilə zəhərlənmə ehtimalı var. İyulun 28-də Navalnı ilə qısa danışan və ona bir qapının arasından baxan Vasilyeva "Facebook” səhifəsində hakimiyyətin onu lazımi şəkildə müayinə etməsinə icazə verməməsindən şikayət edib. Navalnının vəkili Olqa Mixaylova xəstəxananın önündə jurnalistlərə bildirib ki, Navalnı müəyyən edilməmiş kimyəvi maddə ilə zəhərlənib."Aleksey intensiv müalicədən sonra yaxşılaşıb, "- Vasilyeva vurğulayıb.
İyulun 19-da Vasilyeva deyib ki, o, Navalnının saxlanma məntəqəsinə göndərilməsinin tamamilə əleyhinədir. Müxalifətçinin səhhətinin anidən pisləşməsinin səbəbi hələ də bəlli deyil. "Heç bir toksikoloji müayinə aparılmayıb, toksikoloji test nəticələri əldə edilməyib,"- Vasilyeva deyib: "Şişməyə və qızartılara səbəb olmuş toksik maddənin nə olduğu bilinmir".
Vasilyeva həmçinin xəstəxanadakı həkimləri Navalnının xəstəliyinə səbəb olanları araşdırmamaqda günahlandırıb. Rusiyadakı nümayişlərə basqıları izləyən müstəqil qrupun verdiyi məlumata görə, Navalnı iyulun 27-də Moskvada icazəsiz etiraz aksiyasına çağırış etdiyi üçün 30 gün müddətinə həbs edilib. Navalnı son illərdə təqribən on dəfə həbs cəzasına məhkum edilib və 200 gündən çox həbsdə qalıb.
Onun sözcüsü Kira Yarmış deyib ki, Navalnı iyulun 28-də səhər saatlarında Moskva xəstəxanasına ağır üz şişməsi və dəridə qırmızı şişlərlə gəlib və onda əvvəllər allergik reaksiya görülməyib. Navalnının baş köməkçisi Leonid Volkov o da keçən ay Navalnı ilə eyni kamerada cəza çəkdiyi zaman oxşar reaksiyalarla qarşılaşıb.Volkov konspiroloji müzakirələri rədd edib və bunun əvəzində təcridxanada gigiyena normalarını "ciddi şəkildə yoxlamağa" çağırıb.
İyulun 28-də polis xəstəxanaya toplanmış kütləni dağıdıb və bir jurnalisti saxlayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti