Navalnı ilə bağlı qərar verildi

Navalnı ilə bağlı qərar verildi
Rusiyalı müxalif bloqqer Aleksey Navalnının şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib. Bu barədə "TASS” agentliyi məlumat verib. Məhkəmə iclası Moskva vaxtı ilə saat 11:00-da başlayıb. Navalnının həyat yoldaşı Yuliya və vəkili Olga Mixaylova Moskva Şəhər Məhkəməsi qarşısında onu dəstəkləməyə gəlib. Məhkəməyə İsveçrə, Avstriya və Bolqarıstan da daxil olmaqla xarici diplomatik şöbələrin nümayəndələri də gəliblər. Məhkəmənin ətrafında və ona bitişik küçələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.
***
Məhkəmə zamanı Federal Penitensiar Xidmət Aleksey Navalnıya 3,5 illik həbs cəzasının verilməsini tələb edib.
***
Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının "İv Roşe" işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Navalnının həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində davam edəcək. Onun "İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək. Qərar elan olunarkən Navalnı gülümsəməyə çalışsa da, həyat yoldaşı Yuliya Navalnaya göz yaşlarını saxlaya bilməyib.

Xəbər lenti